Araiki Arşakyan «kukla», Makinyan isə Azərbaycanın «əlaltısı» adlandırıb

“Arsax”ın qondarma rəhbərliyi Araik Arutyunyan və Vitali Balasanyan orada heç nəyi həll etmirlər. Onlar sadəcə kukladır.
Axar.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Tevos Arşakyan deyib.
Onun sözlərinə görə, bu “artsax kuklaları” kənardan idarə olunurlar.
“Hakimiyyətsizliyin və anarxiyanın baş verdiyi yerdə başqa cür ola bilməzdi. Belə bir vəziyyətdə Moskva asanlıqla rus dilini “rəsmi dil” kimi sırıyır. Kiməsə aydın deyil ki, bu, sondur? Tezliklə “artsax” olmayacaq”, — Arşakyan bildirib.

Qarabağdakı separatçıların başçısı, terrorçu Araik Arutyunyan qondarma “yerli hakimiyyət orqanlarına seçkilərin” 2022-ci ilin 1 mart tarixinə qədər keçirilməməsi ilə bağlı qərar verib.
Publika.az xəbər verir ki, Ermənistan mediası bunun müharibə şəraitinə görə olduğunu iddia edir.
Lakin erməni vəkil Amram Makinyan belə bir tələbin Azərbaycan tərəfindən irəli sürüldüyünü və separatçıların boyun əydiyini yazır: “Seçkilər”in keçirilməməsi tələbini Azərbaycan irəli sürüb. Bu qərar hərbi vəziyyətlə izah olunur, hərçənd, döyüşlər başa çatıb, bölgədə sülhməramlıların olması təhlükəsizliyə zəmanət verir. Əminəm ki, “seçkilər”in keçirilməməsi tələbi Azərbaycandan gəlib, təslim olmuş “hakimiyyət” də buna itaət edir. Bunun belə olduğunu tezliklə görəcəyik”.
Qarabağda ermənilərin yaşaması üçün ayrılan ərazilərdə separatçı-terrorçular hələ də qalır. 10 noyabr razılaşmasına görə, erməni silahlı birləşmələri bölgədən çıxarılmaldır. Bunun həyata keçirilməsindən sonra Xankəndidə Azərbaycan idarəçiliyi tətbiq olunacaq, ardınca separatçıların taleyi həll olunacaq.