10.10.2026

Şəhid polkovnik-leytenant Soltan Məmmədovun anım günü qeyd olunub

10 oktyabr 2026-cı ildə Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Soltan Akif oğlu Məmmədovun şəhadətə yüksəlməsinin altıncı ildönümü münasibətilə anım günü qeyd olunub. Qəhrəman zabitin əziz xatirəsi ehtiramla yad edilib.

Soltan Məmmədov 21 iyul 1981-ci ildə Yevlax rayonunun Səmədabad kəndində anadan olub. Hərbi təhsil aldıqdan sonra uzun illər Azərbaycan Ordusunda xidmət edib.

Vətən müharibəsində Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edən polkovnik-leytenant 10 oktyabr 2020-ci ildə şəhid olub. Onun Vətən qarşısındakı xidməti və döyüş yolu xalqımızın yaddaşında yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Whats-App-Image-2026-10-10-at-15-26-10

Whats-App-Image-2026-10-10-at-15-26-10-(1)

Whats-App-Image-2026-10-10-at-15-26-10-(2)

Whats-App-Image-2026-10-10-at-15-30-53

Whats-App-Image-2026-10-10-at-15-37-44

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: