01.07.2025

İtkin sayılan zabitimizin şəhid xəbəri gəldi

44 günlük Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.


Veteran.az  xəbər verir ki, Quba rayonu 2-ci Nügədi kəndindən olan baş leytenant Mikayılov Rahim Qabil oğlunun 107 gün sonra şəhid xəbəri gəlib.


Qeyd edək ki, 1990-cı il təvəllüdlü R.Mikayılovun adı Müdafiə Nazirliyinin yayımladığı itkin düşmüş hərbçilərin siyahısında yer almışdı.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: