28.05.2024

Rus əsgərin Qarabağda ŞOK SAĞLIQ deməkliyi

Yeni il gecəsi sosial şəbəkələrdə Rusiya sülhməramlısının təxribatyönlü çıxışının qeydə alındığı video yayılıb.

Veeran.az Axar.az-a istinadla xəbər verir ki, həmin videonu “Caliber” Yutub kanalı təqdim edib.

Kadrlarda öz çıxışına “əziz ermənilər” deyərək başlayan rus hərbçi erməniləri heç nədən qorxmamağa çağırdığı görünür. Onun sözlərinə görə, rusiyalı hərbçilər buranı “nizama salacaq”, “onlar ermənilərin yanındadırlar” və “xeyir mütləq şərə qalib gələcək”.

Sərxoş hərbçinin nitqindən belə məlum olur ki, “xeyir” — erməni terrorçulardır, “şər” isə Azərbaycan Ordusunun qalib əsgərləridir.

Çıxışının sonunda hərbçi erməniləri Laçına qayıtmağa çağırır və bu zaman şəhəri “Berdzor” adlandırır. Daha doğrusu, bu adı məclisdəkindən soruşaraq deyir. Hiss edilir ki, bu video bir tamaşa kimi, ermənilərin növbəti hiyləsi kimi hazırlanıb. Əlbəttə, rus əsgərlərinin onların oyununda aktiv, təlimatlı-tapşırıqlı iştirakı da göz önündədir.

Videonun sonunda ehtimal ki, intizam cəzasından qorxan hərbçi əlindəkinin içki deyil, kompot olduğunu deyir.

Şübhə etmirik ki, bu çıxışından sonra qeyri-adekvat hərbçinin Azəraycan ərazisində qalması məsələsi təkcə onun bilavasitə rəhbərliyi tərəfindən deyil, Bakı və Moskvanın müvafiq strukturlarının xətti ilə də həll olunacaq.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: