Yardımlının Ünəc kəndində şəhid Saleh Səfərovun anım günü qeyd olunub
11 oktyabr 2026-cı il tarixində Yardımlı rayonunun Ünəc kəndində şəhid Səfərov Saleh İrzəxan oğlunun anım günü qeyd edilib.
Şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub. Anım mərasimində Saleh Səfərovun həyat yolu və qəhrəmanlığı barədə çıxışlar edilib.
Daha sonra şəhidin ata ocağında ehsan süfrəsi açılıb.