15.10.2026

İsmayıllıda şəhid müəllim Famil Əhmədzadənin anım mərasimi keçirilib

14 oktyabr 2026-cı il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin İsmayıllı rayon şöbəsinin bir qrup üzvü Azərbaycanın hərb salnaməsində öz qəhrəmanlığı ilə tarix yazan şəhid tarix müəllimi Famil Ağaəhməd oğlu Əhmədzadənin anım mərasimində iştirak edib.

Anım mərasimində şəhid ailələri, rayon İcra Hakimiyyətinin nümayəndələri, 3 nömrəli və 5 nömrəli məktəblərin, eləcə də Diyallı kənd məktəbinin şagirdləri, şəhidin ailə üzvləri, qohumları və dostları iştirak ediblər.

Tədbir zamanı şəhid Famil Əhmədzadənin həyat və döyüş yolu haqqında xatirələr bölüşülüb, onun Vətən qarşısında göstərdiyi xidmətlər ehtiramla yad edilib. Şəhidin əziz xatirəsinə dualar oxunub, ruhuna rəhmət dilənib.

Yüksək səviyyədə təşkil olunan anım mərasimi şəhidin xatirəsinə dərin ehtiramın və Vətən uğrunda canından keçən qəhrəmanların unudulmadığının növbəti ifadəsi olub.

Whats-App-Image-2026-10-14-at-18-52-22

Whats-App-Image-2026-10-14-at-18-52-22-(1)

Whats-App-Image-2026-10-14-at-18-52-22-(2)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: