15.10.2026

Cəlil Məmmədquluzadəyə məktub

Babam Cəlil, bilmirəm nəyi qoyub, nədən danışım…
Babam Cəlil, buralarda vəziyyət yaxşı deyil. Şeyx Nəsrullahlar çoxalıb, adam özünü Novruzəli kimi hiss edir. Çaşıb qalmışıq, nə edəcəyimizi bilmirik.
Artıq biz ölülərimizi diriltməyə yox, dirilərimizi öldürməyə görə şeyxdən xahiş edirik. Nə qədər pul istəsə, veririk. Hələ nənəmizi də üstündə peşkəş edirik.
Nəzirimiz də nə qədər desən, o qədər nəzir veririk. Hələ nəzirimizin bəhrəsi Çexoslovakiyaya gedib çıxıb.
Cəlil baba, bilmirəm nəyi qoyum, nədən danışım…
Sevindirici bir xəbər deyə bilərəm: Vaqif babanın (Molla Pənah Vaqifin) məzarı azaddır. Zəfərimiz də var…
Gözün aydın, babam Cəlil! 125 deputatımız var, amma biri o birinə 125 də sənə dəyməz.
Baba, onu da ərz eləyim ki, dalımızla irəli gedirik. Tolik siyasi analiz edir, hələ Zərqələnli uniformadan, Röya isə geyim mədəniyyətindən danışır.
Sevindirici odur ki, şeyxlər özləri üçün qızıldan unitaz hazırlayıblar.
Baba, burada geyim üstündə də dava gedir, bir qardaş o biri qardaşı anlamır.
Bəlkə də fars mollasının duası bizi bir-birimizə düşmən edir. Hərdən xalq səndən, babam, inciyib danışır ki, Şeyx Nəsrullahı haradan gətirib başımıza bəla etdi?
Elə gündəyik ki, nə sevincimizə sevinə, nə də kəndlərimizə kədərlənə bilirik.
Baba, adam hərdən düşünür ki, ölüb sənə, Cavid babama (Hüseyn Cavidə) pənah gətirsin…
Görüşənədək baba Deyəcəklərim çoxdur birəzin qorxumdan birəzin də utandığımdan deyə bilmirəm

Elnur Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: