24.11.2024

Heç kim unudulmur, heç nə yaddan çıxmır!

N saylı Zəngilan alayının keçmiş döyüşçüsü, Nərimanov Nəriman Məhəmmədəli oğlu Zəngilan işğal olunandan sonra N saylı hərbi hissənin tərkibində əvvəlcə Füzuli rayonu uğrunda gedən döyüşlərdə, sonralar Murov dağ istiqamətində Kəşfiyyatçı kimi xidmətini davam etdirib. Nəriman mərhum kəşfiyyatçı, Murov qartalı Raqub Orucovun rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə erməni arxasına keçən dəstənin tərkibində 12 gün düşmən arxasında kəşfiyyat apararaq 3 erməni əsr gətirən dəstənin üzvü olmuşdur.

AVMVİB-nin sədr Füzuli Rzaquliyevin əmri ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təsis etdiyi «Müharibə Veteranı» və «Milli ordu-100 il» xatirə medalları ilə təltif olundu. Bu gün AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev və sədr müavini Ənvər Qarayevlə birlikdə Xatirə medallarlnı Nəriman bəyə təqdim etdik.

Nərimanı Təbrik edir və işlərində uğurlar arzulayırıq.

Müəllif: Azad MUSAYEV,
AVMVİB Zəngilan rayon şöbəsinin sədri

HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!
HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!
HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: