19.04.2024

Tərbiyəçi qəfildən xarici aksentdə danışmağa başladı — Qəribə səbəb

Veteran.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Böyük Britaniyadanın Esseks qraflığında uşaq bağçasında işləyən və adını mətbuata açıqlamayan tərbiyəçi həkimləri görünməmiş bir xəstəliklə təəccübləndirib. O, iki ay müddətinə səsini itirib, sonra əvvəllər eşitmədiyi rus, fransız, polyak və italyan aksentləri ilə danışıb, Xəstəliyin inkişafının ilk mərhələsində 31 yaşlı ingilis qızda baş ağrısı ilə başlayıb. İki həftə ərzində o, xoşagəlməz duyğulardan əziyyət çəkib. Sonra o həkimlərə müraciət edib. Həkimlər pasiyentin beyninə qansızmasından şübhələniblər, lakin müasir avadanlığın tətbiqi ilə müayinə zamanı bu cür pozuntu aşkar edilməyib. Nəticədə, xanım danışmaq qabiliyyətini itirib. O, sosial şəbəkələrdə yazışmalar vasitəsi və bədən dili işarələrindən istifadə edərək, mesaj göndərməklə ilə ünsiyyət qurmağa davam edib.

İngilis həkimlər bunu xroniki stresslə əlaqələndiriblər. Nevroloq, xəstənin ağır emosional mərhələni adlaması üçün ona Taylanda səyahət etməyi tövsiyə edib. Xəstəlikdən əvvəl, ingilis xanım sevgilisi ilə bu ölkəyə səyahət etməyi planlaşdırırdı. Səyahətin beşinci günü o, danışmağa başlayıb. Səyahətdən sonra Birləşmiş Krallıqda ona dəqiq diaqnoz qoyulmuşdur: «xarici aksent sindromu». Söhbət olduqca nadir nevroloji xəstəlikdən gedir. Bu xəstəlik adətən insult və ya kranial-beyin zədələnməsindən sonra görünür. Onun xəstəliyin inkişaf səbəbini müəyyənləşdirmək mümkün olmayıb. Hazırda onun əli iflic olub, amma uşaq bağçasının əməkdaşları onun yenidən də sağalacağına ümid edir.

Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: