27.07.2024

AVMVİB Zəngilan rayon şöbəsi hərbi hissədə oldu

AVMVİB Zəngilan rayon şöbəsinin üzvləri,- İlyas Abdullayev, Səbuhi Hüseynov, Taryel İsmayılov, Nurəddin Quliyev, Rasim Camalov və Zülfi Həsənəliyev Novruz bayramı münasibəti ilə gənc əsgərlərlə növbəti görüşü keçirtdilər. Görüşdə Göygöl rayon şöbəsinin sədri Həbib Huseynov da qonaq qismində iştirak etdi. Ucqar postlarda gənc əsgərlərimizlə görüşüb hərbi vətənpərvərlik mövzusunda söhbətlər etdik.

Hərbi hissə komandirinin siyasi məsələlər üzrə müavini tədbiri giriş sözüylə açaraq gənc əsgərlərlə görüşə gələn qazilərin, veteranların salamını çatdırdı. Sonra söz AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayvə verildi.

A. Musayev ordu qruculuğundan danışaraq ordumuzun gücünü, 2016 — cı ildə Aprel döyüşlərində bütün dünyaya göstərdiyini dedi və ordumuzun əks həmlə ilə qazandığı qələbə sayılan, 1994-cü il yanvarın 5 də Horadiz qəsəbəsinin düşməndən azad edilməsi barədə gənc əsgərləri məlumatlandırdı.

Sonra tədbir 1- ci Qarabağ müharibəsi qaziləri və veteranlarının çıxışı ilə davam etdi. Vaxtı ilə indiki gənc əsgərlərin xidmət etdiyi postlarda düşmənə qarşı döyüşlərdə iştirak edən və əməliyyat zamanı yaralanaraq ordudan təxris olunan, bölük komandiri Qorxmaz Bəxtiyarova verildi . Qorxmaz bəy də əsgərlərə bu şərəfli işlərində uğurlar arzuladı.

Sonra söz həmən briqadanın keçmiş baş giziri Əli bəyə verildi. Əli bəy də əsgərləri bayram münasibəti ilə təbrik etdi və hərbi xidmətlərində uğurlar dilədi.

Tədbirin sonunda AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev əsgərlərə gətirdikləri hədiyyələri döyüş postunun komandirinə təqdim etdi.

Bununla da tədbir sona yetdi.

Qoy erməni işğalçıları bilsinlər ki, döyüş hələ bitməyib. 1-ci Qarabağ müharibəsinin qaziləri və veteranları gənc əsgərlərlə birlikdə Ali Baş Komandanın əmri ilə tezliklə torpaqlarımızı düşmandan azad etməyə qadirdirlər.

AVMVİB Zəngilan rayon şöbəsi,
AVMVİB Mətbuat Xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: