18.04.2024

AVMVİB Hacıqabul rayon şöbəsində

AVMVİB Hacıqabul rayon şöbəsinin sədri Mehman Süleymanov Hacıqabul rayon Təhsil şöbəsində tədbir keçirdikləri barədə məlumat verib.

Tədbirdə AVMVİB üzvü olan bölgə veteranları Xatirə medalları və Fəxri fərmanlarla təltif ediblər.

Çıxış edənlər tədris müəssisələrində hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin vətənpərvər ruhda tərbiyyə edilməsi mısələlərinə toxunublar.

AVMVİB Hacıqabul rayon şöbəsinin sədri Mehman Süleymanov təltif edilmiş müharibə veteranlarını təbrik edib və belə mərasimlərin tədris müəssisələrində keçirilməsinin əhəmiyyətindən danışıb.

Müəllif: E. Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: