Dünyada virusa yoluxanların sayı 4 milyona yaxınlaşır

Dünya miqyasında koronavirusa yoluxanların sayı 3 milyon 753 min 189 nəfərə çatıb.
Veteran.az xəbər verir ki, 259 min 380 nəfər dünyasını dəyişib.
Xəstəlikdən qalib ayrılanların sayı 1 milyon 256 min 580 nəfərdir.
Hazırda 2 milyon 237 min 229 nəfərin müalicəsi davam edir. Onlardan 49 min 76 nəfərin vəziyyəti ağırdır.
Bu gün 28 min 671 yeni yoluxma, 1353 ölüm faktı qeydə alınıb.