26.04.2024

I Dünya Müharibəsinin səbəbkarı

I Dünya Müharibəsinin başlanmasının səbəbkarı – Qavrilo Prinsipdir.

O, Avstriya-Macarıstan vəliəhdi Frans Ferdinandı öldürdükdən sonra bəşər tarixində ilk Dünya Müharibəsi baş verdi. Həbsxanada olarkən ondan,- “Bu qədər insanın həyatına son qoyan müharibənin əsas səbəbkarı kimi utanırsınızmı?” deyə, soruşmuşdular. O, isə,-“ Mən öldürməsəm də müharibə başlayacaqdı” – cavabını vermişdi.

Qavrilo Prinsip 23 yaşında həbsxanada dünyasını dəyişıb. O, avstriyalıları Bosniya – Hersoqovinadan çıxarmağı qarşısına məqsəd qoyan “Mlada Bosniya” təşkilata mənsub idi. Qavrilo “Qara əl” təşkilatının Avstriya-Macarıstan vəliəhdi Frans Ferdinanda qarşı hazırlanmış sui-qəsd planında baş killer idi.

Qavrilo Prinsip 28 iyun 1914-cü il tarixində Sarayevo şəhərinə gəlir və yemək məqsədilə şəhərin mərkəzinə gedir. Gözlənilmədən qarşısına Ferdinand və həyat yoldaşının olduğu avtomobil çıxır. Belə bir fürsət ələ keçməzdi, çünki bundan əvvəlki sui-qəsd planı uğursuz alınmışdı və sui-qəsdçilər vəliəhdin sərbəst şəkildə harasa gedə biləcəyini ağıllarına belə gətirməzdilər.

Fürsətdən istifadə edən Prinsip dərhal əlini “Brauninq” tipli tapancasına ataraq, atəş açır. Ferdinandın boynundan girib-çıxan güllə, eyni zamanda həyat yoldaşı Sofiyaya da tuş gəlir. Bu sui-qəsddən sonra Avstriya-Macarıstan Serbiyaya iltumatum göndərir və ona qarşı müharibə elan edir. 1914-cü il iyulun axırlarında Avstriya-Macarıstan ordusu Serbiya ərazisinə daxil olur.

Belqrad şəhəri bombardman edilir.

Rus İmperiyası Serbiyanı müdafiə etmək üçün səfərbərliyə başladığı müddətdə, avqustun 1-də Almaniya İmperiyası Rusiyaya, avqustun 3-də isə Fransaya müharibə elan edir. Almaniya Prussiya tərəfindən imzalanmış Belçikanın bitərəfliliyi haqqında müqaviləni “ağ kağız” adlandırır və avqustun 4-də Belçikaya hücum edir. Belçikanı müdafiə etmək bəhanəsi ilə B. Britaniya Almaniyaya müharibə elan edir. Getdikcə yeni-yeni ölkələr müharibəyə qoşulurdular. 1914-cü ildə avqustun 23-də Yaponiya Almaniyaya qarşı müharibə elan edir, lakin o, Avropaya qoşun göndərmir. Yaponiya Almaniyanın Uzaq Şərqdəki torpaqlarını tutmağa və Çini itaət altına almağa çalışırdı.

1914-cü ildə Osmanlı dövləti “Üçlər İttifaqı” tərəfindən müharibəyə qoşuldu. Buna cavab olaraq, Ultimatumun şərtləri ilə tam razılaşmadığına görə, 1918-ci il iyulun 28-də Avstriya-Macarıstan İmperiyası Serbiyaya müharibə elan etdi. Avqustun ilk həftəsində müharibəyə Almaniya, Rusiya, Böyük Britaniya və Fransanın da qoşulması ilə bu müharibə Birinci dünya müharibəsinə çevrildi.(Buta.ws/

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: