18.10.2025

“Özü yıxılan ağlamaz” — 11 Sentyabr və Tarixin Güzgüsü

İslamın böyük ədəbi və irfani dərsi budur ki: “Mömin kəs qardaşının dərdinə sevinməz, əksinə, onun acısını öz acısı bilər.” Bu, Peyğəmbər (s) məktəbinin bəşəriyyətə qoyduğu ən ali əxlaqdır. Əslində, hətta qeyri-müsəlman belə müsibətə düçar olsa, möminin vəzifəsi ona gülmək deyil, mərhəmətlə yanaşmaqdır. Çünki Quranda buyurulur: “Kim bir canı öldürsə, sanki bütün bəşəriyyəti öldürmüş kimidir.” (Maidə, 32).
Buna görə də 2001-ci il 11 Sentyabr Nyu-York faciəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Lakin bu hadisəyə təkcə zahirdən baxmaq, işin mahiyyətini dərk etməmək deməkdir. Çünki suallar çoxdur, cavablar isə hələ də müəmmalıdır.

  1. Günahsız qurbanlar və gizli suallar
    İkiz qüllələrin dağıntısı altında minlərlə sadə işçi, zəhmətkeş və günahsız insan həlak oldu. Amma sual olunur: o nəhəng şirkətlərin rəhbərləri və qərar verən şəxslər həmin gün harada idi? Bu qurbanların hamısı adi insanlar oldusa, böyük güc sahibləri necə xilas oldu?
  2. Müdafiə sistemi niyə işləmədi?
    Dünyaya meydan oxuyan və özünü “qalxan” adlandıran ABŞ-ın hava müdafiə sistemi niyə məhz həmin gün susdu? Nə üçün minlərlə kilometr uzaqda müharibələr açan supergüc öz paytaxtını və ən böyük şəhərini qoruya bilmədi?
  3. “Sorry, we made a mistake” – qan içində üzr
    Bu dövlət İraq, İran və başqa ölkələrə “azadlıq gətirmək” bəhanəsi ilə ordu yeridib, milyonlarla insanı didərgin salıb, yüz minlərlə insanı qan içində boğdu. Sonra da illərlə törətdiyi qətliamların ardından sadəcə bir cümlə dedi: “Sorry, we made a mistake” – “Bağışlayın, səhv etdik.” Bu “üzr” illərlə tökülən qanların, məhv edilən şəhərlərin, uşaq və qadınların fəryadının əvəzidirmi?
  4. Atom bombası – insanlıq tarixinin ən qara səhifəsi
    1945-ci il avqustun 6-da Hiroşima, avqustun 9-da isə Naqasaki şəhərləri atom bombası ilə yerlə-yeksan edildi. Nəticədə 200 mindən çox insan ya dərhal, ya da radiasiyanın dəhşətli təsiri ilə həyatını itirdi. Bu qırğın təkcə bir müharibənin deyil, bütün bəşəriyyətin alnına yazılmış ləkədir.
  5. “Qırmızı dərililərin” soyqırımı
    ABŞ adlı dövlətin özülü qırğınlar üzərində qurulmuşdur. XVII əsrdən etibarən Avropadan gələn mühacirlər yerli xalqları — “qırmızı dərililəri” torpaqlarından qovmağa, köklərini məhv etməyə başladılar. 1776-cı ildə müstəqillik elan etdikdən sonra bu siyasət rəsmi dövlət proqramına çevrildi. XIX əsr boyu “Indian Wars” adlanan müharibələrdə milyonlarla insan qırıldı.
    • Əgər 5 milyon yerli əhali vardısa, XIX əsrin sonuna cəmi 250 min nəfər sağ qaldı.
    • Bu, bəşəriyyət tarixində “Amerika Soyqırımı” kimi tanındı.
  6. Demokratiya dərsi verən ABŞ dövlət
    Dünənə qədər öz vətəndaşlarını qətliam edən, atom bombası ilə insanlıq faciəsi yaradan, xalqları yurdundan sürgün edən bir dövlət bu gün dünyaya “demokratiya dərsi” keçmək istəyir. Lakin tarix göstərdi ki, 11 Sentyabrda həmin dövlət öz simasını bir daha açdı.
    Bu dövlətin tarixində qara dərili insanların əsarətə alınması, kütləvi şəkildə öldürülməsi və mədəniyyətlərinin məhv edilməsi kimi faciələr mövcuddur. Transatlantik qul ticarəti dövründə təxminən 12.5 milyon Afrika əsilli insan Yeni Dünyaya daşındı
    Əsarət illərində qara dərili insanların taleyi:
    • Qul ticarəti: Transatlantik qul ticarəti zamanı təxminən 12.5 milyon Afrika əsilli insan Yeni Dünyaya daşındı
    • Ölümlər: Qul ticarəti zamanı təxminən 1.5 milyon insan dəniz yolunda həyatını itirdi
    • Əsir həyatı: Qul düşərgələrində və işgəncə məntəqələrində minlərlə insan fiziki və psixoloji işgəncələrə məruz qaldı.
    • Mədəniyyətin məhv edilməsi: Afrikalı əsirlərin dilləri, dinləri və mədəniyyətləri zorla dəyişdirildi və unuduldu.
    Bu dövrün faciələri yalnız qara dərili insanlar üçün deyil, bütün bəşəriyyət üçün böyük bir utancdır. Bu gün həmin dövlətin demokratiya dərsi verməsi, keçmişindəki bu qara səhifələri unudaraq, digər xalqlara ədalət dərsi keçməsi təzad təşkil edir.
    Tarixdən dərs alaraq, insan hüquqlarına hörmətlə yanaşmaq və keçmişin səhvlərini təkrarlamamaq hər bir dövlətin və cəmiyyətin məsuliyyətidir.
    Nəticə
    Bu hadisələr bizə bir dərs verir: zülm üzərində qurulan heç bir hakimiyyət əbədi deyil.
    Quranda buyurulur: “Zalımların aqibəti hüsrandır.” (Əraf, 44).
    Biz müsəlmanlar isə zülmü görüb sevinmərik, əksinə, haqqı müdafiə edərik. 11 Sentyabr hadisəsi həm qurbanların faciəsi, həm də tarixin ibrəti kimi yadda qalmalıdır.
    Allah Azərbaycanımızı qorusun, bu şər və böhtan dövlətlərin fitnəsindən, zalımların tələsindən bizləri hifz etsin.

Mübariz Eldar oğlu
“Veteran.az” qəzetinin Şirvan-Salyan regional yazarı

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: