18.10.2025

Şəhid Xalıq Hüseynovun anım günü qeyd olundu

Nardaran Şəhidlər Xiyabanında Vətən uğrunda canından keçmiş qəhrəman şəhid Xalıq Kamil oğlu Hüseynovun anım günü mərasimi keçirilib. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-in üzvləri, şəhidin ailə üzvləri, dostları, eləcə də Maştağadan olan qazilər və veteranlar, həmçinin kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Anım mərasimi şəhidin məzarı önünə gül dəstələrinin qoyulması və ruhuna duaların oxunması ilə başlayıb. Tədbir iştirakçıları Xalıq Hüseynovun keçdiyi döyüş yolundan, onun igidliyi və Vətənə sədaqətindən danışıblar, qeyd ediblər ki, şəhidlərimizin qanı bahasına bu gün Azərbaycan öz torpaqlarını azad edib, müstəqil və güclü dövlət kimi dünya miqyasında söz sahibinə çevrilib. Xalıq Hüseynov kimi igid oğulların xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillər üçün örnək olacaqdır.

Tədbir iştirakçıları sonda şəhidin ailəsinə dərin hörmət və ehtiramlarını bildirərək, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdiklərini vurğulayıblar.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-10-16-at-20-09-09

Whats-App-Image-2025-10-16-at-20-09-09-1

Whats-App-Image-2025-10-16-at-20-09-10

Whats-App-Image-2025-10-16-at-20-09-10-1

Whats-App-Image-2025-10-16-at-20-09-10-2

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: