Kamran Əliyev Baş prokuror kimi ilk dəfə çıxış etdi
Mənə yüksək etimad göstərdiyinə görə möhtərəm Prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm.
Veteran.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın yeni Baş prokuroru Kamran Əliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.
K.Əliyev bildirib ki, Azərbaycan müstəqillik illərində çətin və şərəfli inkişaf yolu keçib:
«Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmiz ağır vəziyyətdən çıxaraq inkişaf yoluna qədəm qoyub. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünyada qabaqcıl mövqelərdən birini tutmuşdur. Prezident İlham Əliyevin siyasəti nəticəsində koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlər öz nəticəsini verib, əhali və sahibkarlıq subyektləri tam olaraq dövlət dəstəyi ilə əhatə olunub».