21.11.2024

Qız qalası, yoxsa köz qalası?

3 MİN İLLİK ÇİVİ YAZILI ABİDƏ BAKIDAN DANIŞIR

Babilistanda 3 min il önce yazıb yaratmış şair Şəmsi Ədəd Abi soyqırımına məruz qalmış doğma türk millətinin halına ürəyinin ağrı-acısını belə izhar edir:

„ …..VƏ AŞA, BAKI UÇA, KAR HİSS“…

(Hisslərim o qədər karlaşıb (korşalaşıb) ki, Bakı aşıb dağıla belə, dünya gözümdə deyil).

Baki – əcdadlarımızın dilində „Daimi“, „Əbədi“ deməkdir. Onun uydurma ərəb Badi-kübaə`sı ilə heç bir əlaqəsi yoxdur. 
Məşhur Azərbaycan tarixcisi S.Aşurbəylinin yazdığına görə isə Baki fars kəlməsi olan „Bakava“dan götürülüb və mənası „Allahların və ya Od allahının məskəni“ deməkdir. Aşurbəyliyə görə, guya şəhərin əsasını eramızın II-VI əsrlərində Parfiyada taxtda oturmuş Sasanilər qoymuşlar. Belə olduğu halda, Şəmsi Ədəd Abi hansı Baki haqda yazmışdır görəsən?? Hansi əsaslarla tarixçilərimiz öz toponimlərimizi və mənəvi sərvətlərimizi daima və çox asanlıqla yadların adlarına çıxır, bizim tariximizi qısaltmağa səy göstərirlər? Və hələ bundan da zövq alırlar.

Aşağıdakı məntiqlə yanaşsaq, təbii ki, Prof. Aşurbəylinin 3 min il öncədə qazılmış məxəzdən xəbəri yox idi və odur ki, ədəbiyyatda həmişə Orta əsrlər şəhəri kimi qələmə verilən döğulduğu Bakısının tarixini heç olmasa Sasani dövrünə qədər uzatması da böyük qələbə idi anun üçün, u dövr üçün. 
Sara xanım düz deyirdi. Ox yazılı mətndə rast gəlinən BAKİ adı Sasanilər dövründəki orta fars — pəhləvi dilinin qanunları əsasında Bakava şəklinə düşə bilərdi. Və onlar Oda inam dövründə bütün Yaxın şərqdən Od Allahının məskəni Bakıya zəvvar kimi gələn zərdüştilərin dilincə də bura Bakava deyə bilərdilər. Bu adı yarımadadakı şəhərə onlar verməmişdilər, yəni Sasanilər onlardan ən azı min il qabaq Türkün özünün verdiyi BAKI adını Bakava şəklində tələffüz edə bilərdilər. Onu abadlaşdıra bilərdilər. Atəşpur əcdadlarımızın ziyarət mərkəzi olmuş KÖZ QALASINI (Qız Qalasını) bərpa etdirə bilərdilər və ziyarətdən gələn gəlirdən büdcə üçün vergi yığa bilərdilər, lakin onun əsasın qoya bilməzdilər.

Çünki Abşeronda tapılan arxeoloji maddi-mədəniyət qalıqları bu torpaqda həyatın yarımadada hələ 35-40 min il !!! bundan qabaq mümkünlüyündən xəbər verir.

Gil yazılarda Şəmsi Abinin Türkün ATƏŞPUR (OD YANDIRAN) olduğunu və onun AHURAYA inam bəslədiyinin şahidi oluruq Zərdüşt peyğəmbər öz dininin ayələrini Ahura dinindən — türkdilli gil mətnlərindən öyrənirdi:

«… Oyana bəlikə, idam tərsi Şəməş?
Dummuş idü? (Dommuş idi?)
Şanı-tamaşum vardı, əridi, kaş [A]təşpuram, 
Vardık[c]a ışa, Ahura dinin[in] ulu ömürü!

Bəllidir ki, Zərdüşt Midiyada doğulmuşdu və Oda İnamı da o zamankı Midia sərhədlərinə düşən Türükkü ölkəsində — indiki Luristanda — qaya səthinə qazımış türkcə abidə də aborigen türk əhalisinin Günəşə inamı ilə açılır. 
Yazı Türükkü şahına müraciət edir:

«Sən Şəməş saküinni, pale. ya ida at demece,
Haxameş nə kare ki, tappa ali Nəbu Mərduka?»

Sən ey Günəşə zahidlik edən, ya qəməni siyir, ya hücuma imza at!
Haxameş nə karədir ki, ali Mərduka tapınsın?

Babildən, Türükküdən, Parfiyadan BAKİYƏ gələn zəvvarlar dəniz suyunun ortasından fəvvarə vuran təbii od məşəllərinin ətrafında etməyəcəkdilər ki? OD MƏKKƏSİ BAKİNİN çoxsaylı zəvvarlarının səcdə qıla biləcəkləri məbələri olmalıydı. Bu funksiyanı KƏBƏ rolunu oynayan dövrünün KÖZ QALASI həyata keçirirdi.

Ərəb istilaçıları «kafir yeridir, pinti yerdir» deyib viranə qoyduqları onlarla Atəşgahlar, Od məbəd-qalaları arasında sağ qala bilmiş BAKI ATƏŞPURLAR KƏBƏSİ istilaçı xofundan KÖZ QALASI adını sonralar QIZ QALASI adı ilə əvəz etdi.

Müəllif: Dr. Tarıyel AZƏRTÜRK

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: