14.12.2024

ERMƏNİLİK NƏDİR? Bu bir həyat tərzidir…

Edar Tağıyev
Araşdırmaçı-yazar, Ukrayna

TƏKRARErmənilik nədir? Niyə onlar başqa xristianlar içərisində yaşaya bilmədilər və məhz bizə sığındılar? Diqqətlə oxuyun! Davamı olacaq.


Əsərləri bizə qədim Suriyani dilində gəlib çatan Efesli İohan (507 — 586) Erməni kilsəsi adlanan xristian təliminin yaranması və formalaşması barədə qiymətli məlumatlar verir (ИОАНН ЭФЕССКИЙ. «ЦЕРКОВНАЯ ИСТОРИЯ»). Özü də monofizit olan (Monofizitlər İsa peyğəmbəri allah elan edir və onun insani təbiətini qəbul etmirlər) müəllif, əsərində Armeniya adlanan coğrafi ərazidə yaşayan xristian əhalisinin iki, bəzən isə üç seçim qarşısında qaldıqları tarixi dövrdən bəhs edir. 451 -ci ildə (IV Ümumdünya) Xalkedon kilsə toplantısında bu təlimə əksi olaraq, İsanın eyni zamanda insani və ilahi təbiətə malik olduğu qərara alındı. Bu təlimin tərəfdarları isə diofizitlər adlanır (Qeyd edək ki, dünya xristianlarının böyük əksəriyyəti bu nəzəriyyəni qəbul edir).

Armeniya adlanan ərazidə formalaşdığından Erməni kilsəsi adlanan xristian cərəyanı Persiyanın təzyiqi ilə Xalkedondakı Ümumdünya toplantısına qoşulmadı və monofizit kimi xristian dünyası tərəfindən lənətləndi. Bu isə gələcəkdə Erməni kilsəsinə sitayiş edən fərqli etnosların qapalı icmaya, sonradan isə xalq və millətə çevrilməsinə şərait yaratdı.

Günümüzdə yunan (qərbdən), İran (şərqdən) və hun-türklər (şimaldan) adlanan güclərin nəzarət etdiyi ərazilər arasında qalan savaş meydanındakı əhalinin maraqlı tarixinə müəllifin gözü ilə nəzər salaq: «Maqlar (Suriyalılar İrandakı kahinlərini belə adlandırırdılar) Sasanılər dövlətinin imtiyazlı təbəqəsi kimi, Xosrov şahı (I Xosrov Ənuşiravan 501 — 579) ölkədə yaşayan xristianlara zorla atəşpərəstliyi qəbul etdirməyə inandırdılar.

ERMƏNİLİK NƏDİR?

Dəlil kimi, Romey imperatorunun öz ölkəsində əhalininin başqa dinə sitayişini qadağan etməsini göstərdilər. Şah, Armeniya adlandırılan coğrafi ərazinin Persiya tərkibində olan hissəsindəki xristian əhalini atəşpərəst etmək məqsədi ilə, ərazidə məbədlər tikilməsinə əmr verdi.

2000 silahlı atlı ılə Dvin şəhərinə gələn şahın nümayəndəsinə katalikos və yerli əyanlar yalvardılar ki, onları dinlərindən döndərməyə cəhd etməsin. Xatırlatdılarki, Şah Şapur bu təşəbbüsü 7 illik müharibəyə səbəb oldu və nəticədə şah fərman verdi ki, əhalini dinindən döndərməyəcək. (Bunu diqqətinizə çatdırım ki, ərazidə yaşayan əhalinin zorla atəşpərəst edilməsinin qarşısini alan, rumların, yəni Bizansın müttəfiqi olan, o dövr tarixi ədəbiyyatda hun adlandırılan türklər oldu. Məhz onların İran üzərinə müntəzəm yürüşləri, atəşpərəstlərin planlarını pozurdu — E.T.).

Fərmana da əhəmiyyət verməyən canişin şahdan əlavə qüvvə alaraq, xristianların topladığı ordu üzərinə getdi. Həlledici döyüşdə xristianlar qalib gəldi və öldürülmüş sasani canişininin başı hədiyyə olaraq Feodosiopolda yaşayan Rum patriki Yustiniana göndərildi. Lakin Persiya ilə qarşıda duran çətinlikləri yaxşı anlayan Armeniya adlanan ərazinin bütün vilayətlərinin xristian əhalisi Rum ölkəsinə axın etdi. 6 il davam edən müharibə dövründə rumlar onları yaxşı qarşılayırdılar və məzhəb fərqinin tezliklə aradan qalxacağına inandılar. Lakin Xalkedon sonra yaranan məzhəb fərqi, erməni kilsəsi ilə ziddiyyəti yenidən alovlandırdı. Bircə yaşamaq mümkün olmadı. Aramsız müharibələr Xosrov Sahla Rum imperatoru arasında sülhlə başa çatdı. Xalkedon tərəfdari rumlar yenidən monofizitləri təqib etməyə başladılar.

Kilsələrinin altarları dağıdılan monofizitlərdən (Suriya xristianları da bu qəbildən idi — E.T.) olan müəllif, türk-avar tayfalarının Konstantinopola hücumu və bütün Frakiya əyaləti boyu rum kilsələrinin qarət olunmasını, onlara qarşı edilən haqsızlıqlara Allah qəzəbi kimi qeydə alıb».

ERMƏNİLİK NƏDİR?
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: