03.12.2024

İdlibdə Türk baharı — Əsəd rejimi 2 gün içində darmadağın edildi


Türkiyə Ordusu Hələbdəki hərbi hava limanını dağıtdı

Suriya ordusunun Hələb şəhərindəki Neyrab hərbi hava limanı Türkiyə Hava Qüvvələrinin hücumu nəticəsində yararsız vəziyyətə düşüb.

Suriya ordusu strateji önəmə sahib hava limanından İdlibdəki əməliyyatlar üçün istifadə edirdi.

https://youtu.be/8s1LYpDQyRU

Qeyd edək ki, Hələbin şərqində yerləşən Kuveyras hərbi hava limanının Türkiyə ordusu tərəfindən hədəfə alınmasından sonra hökumət qüvvələri hərbi avadanlıqları Neyraba daşımışdı.

Türkiyə ordusuna aid PUA-larla Sərakib, Şeyx Əhməd, Əz-Zərbə, Talhiyah bölgələrində Suriya ordusuna aid tank, zirehli texnika, yük maşınları və hərbçilərin məhv edildiyi yer alıb.

Fevralın 27-də İdlibdəki mənfur hücuma cavab olaraq başladılan «Bahar qalxanı» əməliyyatı uğurla davam etdirilir.

Bu barədə Türkiyə Milli Müdafiə naziri Hulusi Akar belə deyib:

“İndiyə kimi 1 PUA, 8 helikopter, 103 tank, 72 artilleriya qurğusu, 3 hava hücumundan müdafiə sistemi və 2212 rejim əsgəri məhv edilib”, — Akar bildirib.

***

Türkiyə Silahlı Qüvvələri bu dəfə Suriyada Neyrab hərbi hava limanını dağıntıya məruz qoyub.

Mələbdə yerləşən hava limanına endirilən zərbələrdən sonra ərazi tamamilə yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, Neyrab hava limanı Əsəd rejiminin əsas hərbi bazası sayılırdı. Rejim tərəfindən birbaşa bu bazanın vasitəsilə Türkiyə Silahlı Qüvvələrinə və İdlibdəki dinc əhaliyə hücumlar təşkil edirdi.

https://youtu.be/7dZ4m0sl7z0

***

 00.00-dan etibarən bölgədə vəziyyət gərginləşib. Türkiyə Silahlı Qüvvələri Suriyanın istinadgahı hesab olunan Lazkiyə başda olmaqla Minnaq və Neyrab hava bazalarını atəş altında saxlayır.

Suriya rejimi, Rusiya hərbi polisi və YPG-nin birlikdə hərəkət etdiyi Tel-Rıfat da hədəflər sırasındadır. Çox sayda hava nəqliyyatı və tank yararsız hala salınıb. İndiyə kimi 1 PUA, 8 helikopter, 103 tank, 72 artilleriya qurğusu, 3 hava hücumundan müdafiə sistemi və 2212 rejim əsgəri məhv edilib.

Qeyd edək ki, Rusiya və İran dəstəkli Əsəd rejiminin havadan və qurudan hücumu nəticəsində 34 türk əsgəri şəhid olub, 34-ü yaralanıb.

***

«Allah Türkləri göndərdi, indi zalimlər üçün cəza günüdür»…

Kəbənin əski imamı və Suriyalı müxaliflərin ən önəmli isimlərindən Şeyx Dr. Abdullah Muhaysini, Türkiyənin İdlibdə başlatdığı Bahar Qalxanı əməliyyatı üçün Türkiyəyə mesaj göndərdi. Türk əsgərinin İstanbulun fəthinə mazhar olduğunu, Çanakkalada Xaçlılara keçid vermədiyini xatırladan Muhaysini Suriyadakı yetim çocuqlarının yardımına da yenə Mehmetçiyin gəldiyini söylədi.

Türkiyəli pilotlar Suriya ordusuna məxsus Neyrab bazasını bombalayandan sonra maraqlı addımları ilə diqqət çəkib.

Veteran.az xəbər verir ki, onlar qırıcılarla havada ürək formasında dövrə vuraraq, qurudakı türkiyəli hərbçilərə həm ilham həm də sevgi mesajı veriblər. Bu barədə fotonu türkiyəli hərbi mütəxəssis Abdullah Ağar sosial media hesabında paylaşıb:

“Bu foto mart ayının 1-də saat 17:00-da xüsusi təyinatlı hərbçilərimiz tərəfindən lentə alınıb. “F-16” pilotlarımız tapşırığı yerinə yetirəndən sonra qurudakı əsgərlərimizə sevgilərini göstərərkən…”

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: