22.11.2024

Parlament seçkilərində saxtakarlığa görə 35 nəfər həbs edildi — İranda…

İranda 21 fevral tarixində keçirilən parlament seçkilərində seçicilərin səslərini pulla almaq istəyən namizədlərin tərəfdarları həbs edilib.

Veteran.az  «Azərtac»a istinadən xəbər verir ki, Tehranda və digər şəhərlərdə seçki prosesində qanunsuzluğa yol verən 35 nəfər həbs edilib. Onlar məhkəmə qarşısına çıxarılacaqlar.

Buna baxmayaraq İranda keçirilən 11-ci parlament seçkiləri baş tutub. Bəzi seçki məntəqələrində səs verən vətəndaşların çoxluğu nəzərə alınaraq səsvermə vaxtı iki saat uzadılıb. Seçkinin nəticələrinə təsir edə biləcək insident baş verməyib. Hazırda Milli Seçki İdarəsi səslərin sayılmasını davam etdirir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: