22.11.2024

Qasım Süleymaninin yaxın dostu da öldürüldü…

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlarından Asqar Paşapor Suriyada həlak olub.

Publika.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyasının internet səhifəsi ordudakı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, komandan müxalifət qüvvələri ilə döyüş zamanı həlak olub. İranlı komandanın İdlib yaxınlığında gedən döyüşlər zamanı öldüyü güman edilir. Bildirilir ki, Asqar Paşapor ABŞ ordusu tərəfindən Bağdadda öldürülən “Qüds” qüvvələri komandanı Qasım Süleymani ilə yaxın dost olub.

Qeyd edək ki, bu günə qədər İran ordusunun Suriyada 2400 itki verdiyi irəli sürülür./Publika.az/

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: