21.11.2024

TÜRKIYƏDƏ BAŞ VERƏN ZƏLZƏLƏ FONUNDA INSANLARIN MARIFLƏNDIRILMƏSI VACIBDIR

Bu marifləndirmə işlərin başda Fövqəladə Hallar Nazirliyi, müxtəlif təşkilatlar, TV və sosyal şəbəkələr həyata keçirməlidir. Türkiyədə baş verən zəlzələlərin xronikasına və hərəkət trayektorıyasına nəzər yetirdikdə sentyabr ayında İstanbul Mərmərə dənizində, ardıyca Yalova bölgəsində yenə dənizdə,ardıyca olaraq Elazığ bölgəsində 42 nəfərin həyatını itirməsi 1600 nəfərin yaralanması ilə nəticələnən zəlzələ və son olaraq bu gün İranda baş verən zəlzələ. Zəlzələlərin hərəkət trayektoriyası heçdə təsadüfi deyil, Türkiyə başda olmaqla Azərbaycan,İran tektonik tavaların birləşmə nöqtəsində yerləşir və bu bölgələrdə fərqli zamanlarda çox güçlü zəlzələlərin başverdiyi məlumdur. Son məlumatlara əsasən tektonik qırılmalar Asyaya doğru hərəkət edir. Əslində zəlzələnin harda, nə zaman, neçə şiddətində olacağın bilmək qeyri-mümkündür.Ancaq hansı təbəqədə baş verdiyin və verə bilmə ehtimalın demək mümkündür. 1999 Marmara zəlzələsindən sonra 25.11.2000 ci ildə Bakıda baş verən zəlzələ çoxlarının xatirindədir. Buda zəlzələnin bir tava üzərində bir neçə dəfə ola biləcəyinin sübutudur. Ancaq 2000ci ildə baş verən zəlzələ zamanı 7 nəfərin dünyasın dəyişdiyində unutmaq lazım deyil.


O zaman baş verən zəlzələrdə Bakının əsasının SSSR dövründə tikilən binalar olduğun unutmaq lazim deyil hal hazırda o binalar 20 yaş daha qocadır və təəssüfki yeni tikilən binalarında təhlükəsiz tikldiyi və materyalların möhkəmliyi sual altındadır.

Bütün bunları nəzərə alaraq bəs biz baş verə biləcək hər hansısa zəlzələyə hazırıqmı?


Çoxlarının cavabı YOX olacaq. İlk növbədə yaşadığımız mülkün vəziyyətinə nəzər yetirmək lazımdır. Yaşadığınız mülk şəxsi bağ evinizdirsə olan baxışlardan sonra əgər ehtiyac varsa təmir ettirmək lazımdır,yox binada yaşayırsınızsa binada çatlar,sürüşmə mövcuddursa adiyatı qurumlara təkidlə müraciət edin, onların borcudurki müəyyən araşdırma edib binaya rəy verib ehtiyac olduqda köçürülmə və ya təmir işləri aparsınlar.
Unutmayınki zəlzələ öldürmür, zəlzələ zamanı baş verən dağıntı öldürür.
Deyəkki bunlar hamsı edilib ancaq hər hansısa səbəbdən yaşadığınız mülk dağılıb. Bu zaman nə etməli? Başlıca olaraq zəlzələ və ya hər hansısa təbii fəlakət üçün hazırlıqlı olmaq,lazımı tədarükləri görmək lazımdır. Bu tədarük 1 və ya hər bir nəfər üçün ayrı olmaqla çanta formasında hazırlanmalı və çıxışa ən yaxın yerdə yerləşdirməlidir.Bu tədarük sizi zəlzələ altında dağıntının altında qaldığınız zaman xilasınızada kömək ola bilər ancaq zəlzələyə mülkün hansı hissəsində və nə şəraitdə yaxalanacağınız sual altındadır.Bu tip çantalar əsasən təbii fəlakət sonrası baş verəcək prosedurlar üçün nəzərdə tutulub.


Ancaq deyə bilərik zəlzələ gecə vaxtı baş verib siz evdən çıxmağa macal tapmamısınız bunun üçün yatağınızın başında 1 ədəd əl fənəri, fit, plastik qabda ən azından 500ml imkan oluqda 1lt su, suxari kimi ləzavimat və azuqətələri saxlayın. Ancaq siz zəlzələni tez hiss edib qaçmağa macal tapmısınızsa çıxışda hazır olaraq saxladığınız Təbii Fəlakət Çantanız sizin koməyinizə çatacaq.


Bəs bu çantanın içində nələr olmalıdır?


Əlbətdə sadalayacağımız azuqələrin hər birini almağa hər bir kəsin imkanı olmaya bilər ancaq bunları hər bir kəs vaciblik sırasına görə özü tənzimləməlidir. Bu azuqələr aşağıda sadalayacaqlarımızdır.

1. Rahat daşına bilən 2 qollu çiyin çantası 2. Bol su 3. Konservalar (mümkün qədər ət və ya tərkibi taxıl lifli konservalar), suxarilər (duzlu və kremli peçenyaların olmamasına diqqət edilməli bu sizi susuzlada və ya ishala yol aça bilər)4. İlkin tibbi ləvazimat (bint,spirt, yod, yara üçün plastır,ishal tableti,kömür tableti, çanta sahibi (sahiblərinin) mütəmadi istifadə etdiyi dərmanlar və b. 5. Gel spirt 6. Yaş və quru salfetlər 7. Fit 8. Əl fənəri dəyişən batareyalı və ya dinamolu9. 12V və 1.5 V AA batareya 10. Radio (Telefon şəbəkəsi çöktükdə (böyük ehtimal çökə bilər) xəbərləri almaq üçün) 11. Çox funksiyalı Kəlbətin(üzərində müxtəlif kəsici və deşici əlavələr olan) 12. Çaxmaq (imkan olarsa əlavə olaraq magnezium çaxmağı) 13. Spirt şamları 14. Pul və Vacib sənədlər 15. Yağışdan qorunma plaşı 16. Alminium (Termal) ədyal 17. Bir cüt alt paltarı və geyim 18. Ayaqqabı 19. İynə və ip 20. Bir topa kapron və ya kəndir ip (qələmdən bir az incə) 21. Bir və ya bir neçə Dolu PowerBank 22. Evdə istifadə edilməyən zəng gedib-gələn fənərli telefon (əgər varsa) 23. Çadır 2 və ya 4 nəfərlik 24. Qələm və dəftər 25. Və diğər istəyə bağlı əlavələr

Baş vermiş fəlakətin əhatə dairəsi və böyüklügünə görə sizə kömək bir və ya bir neçə gün sonra gələ bilər. Yuxarıda sadalağımız Fəlakət Çantası ləvazimatları sizin bir neçə gün kömək gələnə qədər sağlam qalmağınıza komək edə bilər və edir.


Yuxarıda sadalağımız bəzi ləvazimatlar ölkəmizdə olmadığı üçün termal ədyallar, magnezium çaxmaqlar bu tip ləvazimatları bir neçə dollara Ebay kimi elektron ticarət portallarından sifariş edə bilərsiniz. Əlbətdə Çadır kimi bəzi ləvazimatlar bahalı olduğu üçün hər bir kəs ala bilməz ancaq imkanı olanların ən azından alması məqsədə uyğundur.


Digər bir nüans fəlakət sonrası mənbəyin bildiyiniz və ya bilmədiyiniz yerlərdən belə su içmək riskdir zəlzələ nəticəsində içmə suyu və qurunt suları qarışmış ola bilər bu isə sizin üçün böyük təhlükə mənbəyidir.Azuqələrin porsiyalara bölünərək istifadə edilməsi daha məqədə uyğundur.


Sözsüz heç bir zaman belə fəlakətlərin olmasın istəmərik ancaq heç bir dövlət təbii fəlakətlərdən sığortalanmayıb.

Hüseyn Talışxanov

Təqdim edən: Natiq Məmmədov

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: