AVMVİB XƏBƏRLƏRİ


SABUNÇU. AVMVİB Sabunçu rayon şöbəsinin Mştağa bölməsi veteranları bu kənddən olan şəhidlərin məzarlarını ziyarət ediblər. Müharibə veteranları şəhid məzarlarını ziyarət edərək dua ediblər.


Tədbirdə AVMVİB sədrinin hüquqi və sosial məsələlər üzrə müavini Abbas Hüseynli və 28 saylı Sabuncu Seçki Dairəsindən deputatlığa namizəd Mehriban Sadıqova da iştirak ediblər.


***


BALAKƏN. AVMVİB Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev verdiyi məlumata görə rayon şöbəsinin üzvləri, “Əsgər anaları” cəmiyyətinin sədri Nəfisət Qarakişiyeva və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin rəisi, polkovnik-leytenant Sadiq İsmayılov rayonun İtitala kəndindən olan şəhid Manaf Umaxanovun anası Zamaniyyət Umaxonova baş çəkiblər.


AVMVİB-nin üzvü olan şəhid anası Zamaniyyət Umuxanovaya “Milli Ordu-100” Xatirə medalı və Müharibə veteranı döş nişanı təqdim edilib.


***


AVMVİB Balakən rayon veteranları ilə YAP rayon təşkilatının Qərargahında rayondan deputatlığa öz namizədliyini irəli sürmüş Nəsib Məhəməliyevin görüşü keçirilib.


AVMVİB Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev bildirib ki, öncə də rayonu Milli Məclisdə layiqincə təmsil edən və daim müharibə veteranlarının, həmçinin bu qəbildən olan insanların problemləri ilə maraqlanan Nəsib Məhəməliyev, bundan sonra da müharibə veteranlarının problemlərini yüksək kürsüdən səsləndirəcəyini deyib.


N. Məhəməliyev AVMVİB-nin ölkənin ictimai həyatında oynadığı müsbət fəaliyyəti yüksək qiymətləndirib və onun xoş arzularını AVMVİB sədri Füzuli Rzaquliyevə çatdırmağı xahiş edib.


***


TOVUZ. Azərbaycan Vətən Muharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin kecirdiyi tədbirlərdə məktəblərdə kecirilən bilik yarışmasina və vətənpərvərlik mövzusunda kecirilən tədbirlərdə göstərdikləri diqqət və qayğıya görə Mürşüdlü Elmira Zöhrab qizi və Tağıyev Səmədulla Ələsgər oqlu FƏXRI FƏRMANLA təltif olunublar.


Təqdimatda AVMVİB Tovuz rayon şöbəsinin sədrinin müavinləri. Mehdiyev Ələsgər və Nağıyev Şahbaz iştirak ediblər. Təltif olunanları təbrik ediblər.


***

BAŞSAĞLIĞI


AVMVİB Rəhbərliyi Sərxan Mehdiyevə qardaşı Nəsiminin vaxtsız vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.


Allah rəhmət eləsin!

Məkanı cənnət olsun!

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •