08.09.2024

AVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdi

AVMVİB Ağdaş rayon şöbəsinin təşkilatçılığı ilə Ağdaş rayon vetranları Qaradağli kənd orta məktəbində tədbir keçirldilər.


Tədbirdə AVMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev tədbirdə sagirdlərə vətən muharibəsi haqqında, ulu öndər Heydər Əliyevin keçdiyi həyat yollarından və onun layiqli davamçısı Ilham Əliyevin apardığı islahatlar haqqında, ordu quruculuğundan, Qarabağ muharbəsi və bu müharibədə döyüşmüş veteranlar haqqında geniş məlumat verdi.


Tədbirdə Qaradağlı kənd bələdiyəsinin sədri Əli Musayev, kənd orta məktəbinin direktoru Sevinc Rəşidova, Ağdaş rayon Ağsaqallar Şurasının sədri Rafiq Nəbiyev, müharibə veteranı Orucov Murvət İlyas oğlu, Qaradağlı kənd icra numayəndəsi Məhəmməd Şirinzadə, Yusifov Teymur, Səmədov Tahir, AVMVİB Ağdaş rayon şöbəsinin fəxri üzvü Əli Huseynov, Əflatun Məmmədov və başqları iştirak edirdilər.


Həmçinin, tədbirdə Qaradağlı kənd orta məktəbində oxumuş keşmiş məzun Asvarov Rövsən Ismixan oğluna «AVMVİB 25 il» Xatirə medalı təqdim olundu.


I qrup müharibə əlili Həmidov Etibar Vahid oğlu da birliyin xatirə medallarıyla təltif olundu.


Habil Cəfərov/Ağdaş rayonu

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: