Ərdoğan və Putinin gizli planı İrəvanı TƏŞVİŞƏ SALDI: Qarabağın həlli, yeni qırıcılar və…
Türkiyə ilə Rusiya arasındakı əməkdaşlıq İrəvanda artıq panika halını alıb. Mətbuatda və əsasən də sosial şəbəkələrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə birgə Ermənistanın “arzulamadığı” bir gizli planının olmasından yazılır.
Axar.az xəbər verir ki, Ermənistanın “Aravot” qəzetinin dünənki buraxılışında bu mövzü geniş yer alıb.
Belə ki, qəzet Ermənistan hakim dairələrində olan etibarlı mənbələrinə istinadən yazır ki, Rusiya-Türkiyə münasibətləri pik nöqtəyə yaxınlaşır:
“Artıq buna nə ABŞ, nə də digər Qərb ölkələri mane ola bilir. S-400 məsələsində Ərdoğan öz prinsipiallığını hamıya göstərməyi bacardı. Amma S-400 aysberqin görünən hissəsidir. Əslində ən böyük razılaşmalar hələ ki, su altında qalır. Bura yaxın vaxtlarda Ankaranın Rusiya istehsalı olan müasir Su-35 və Su-57 təyyarələrini əldə etməsini, Kremlin köməkliyi ilə türk kosmik proqramının başlamasını və Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həllini də əlavə etmək olar”.
“Aravot”a müsahibə verən erməni ekspert Ayk Qabrelyan bununla bağlı danışarkən qeyd edib ki, Türkiyə ABŞ tərəfindən böyük basqıya baxmayaraq, Rusiyanın maraqları çərçivəsində hərəkətini davam etdirir.
“Ərdoğan və Putinin çox böyük hərbi-strateji planları var və biz yaxın vaxtlarda bunun şahidi olacayıq. Əlbəttə, bu, Türkiyə və Rusiyaya əlavə sanksiyalar ilə nəticələnəcək. Amma elə görünür ki, bu Ankara və Moskvanı çox da narahat etmir”, — deyə Qabrelyan qeyd edib.