04.12.2024

SƏN ƏN BÖYÜKSƏN AZƏRBAYCAN ƏSGƏRİ!

Ey, bu topraklar için toprağa düşmüş asker!

Gökten ecdat inerek öpse o pak alnı değer.

Ne büyüksün ki kanın kurtarıyor Tevhidi.

Bedri’n Arslanları ancak, bu kadar şanlı idi.


Bu millət qardaşlar arasında torpaq böləndə belə savaş çıxarır. Düşmənə Qarabağımı verəcəyik? Bu əsgər qosqoca imperiyalarla silahsız savaşdı, onu həm daxildən, həm 4 bir yandan vurdular. Bu gün kimsə düşünməsin ki, Azərbaycan əsgəri məğlub olub. Bir əmrlə bu an qorumağa məhkum olduğumuz bu terror yığnağını çıxdıqları Artemid xarabələrinədək qovarıq. Düşmən yaxşı bilir ki, biz, bir gün Mübariz kimi onların hərbi yığnaqlartını birər-birər yox edəcəyik. Azərbaycan əsgəri savaşa girsə, hər yer düşmənə məzar olacaq.


Sən böyüksən Azərbaycan əsgəri! Yurdu talandaykən durmaq haram. Ana bacılarımız əsirkən yatmaq haram. Sən güclü olmağa məhkumsan.


Sən güclüsən Azərbaycan əsgəri. 10 milyonluq bir xalqın ümüd yerisən. Sən qüdrətli olmağa məhkumsan!


Sən rəhmlisən, Azərbaycan əsgəri. O cocuq öldürən düşmənin bircə körpəsinə də qıymadın. Bu sənin tarixə keçdiyin bir insanlıq dərsin. Nəinki iyrənc düşmənə, adi bir köpəyə də qıymazsan. Elə bu video-görüntülərdə olduğu kimi. Daim ol və bu gözəl Bayrağı itirilmiş yurdlarımızda dalğalandır…


https://www.facebook.com/QIJILA/videos/427217541304347/?t=20
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: