21.11.2024

Yeni doğulan uşaqlara 500 manat verilməsi təklif edilir

Azərbaycanda yeni doğulan uşağa görə 500 manat verilməsi təklif edilir.

APA TV-nin məlumatına görə, bu təkliflə Milli Məclisdə deputat Əli Məsimli çıxış edib: “Əvvəllər yeni doğulan uşaqlara 105 manat vəsait verilirdi, indi bu məbləğ 200 manata qaldırılıb: “Amma yeni doğulan uşaqların xərcləri bundan 5 dəfə çoxdur. Təklif edirəm ki, yeni doğulan uşağa 200 manat yox, 500 manat verilsin və bu, uşaqpulu məsələsində müəyyən bir addımın atılmasına gətirib çıxaracaq. Bunun üçün əvvəlki variantda haradasa 16 milyon manat, təklif etdiyim variantda isə 40 milyon manat pul lazımdır”. 

Deputat əlavə edib ki, 27 milyard manta büdcəsi olan ölkəm üçün bu o qədər də böyük məbləğ deyil. 

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: