Döyüşdən sonra hərbi̇ qulluqçuların psi̇xoloji̇ reabi̇li̇tasi̇yası

Döyüş şəraitində hərbi qulluçuya göstərilən psixoloji yardımların sxemlərindən praktikada yalnız üçü bəyənilmişdir: bu Amerika, İsrail, və Rusiya təcrübəsidir. Bunlar arasında ümumi oxşarlıq olsa da, prinsipial fərqlər də vardır.
Amerika psixoloji yardım sistemi belə təsvir olunur: hərbi hissə komandiri, kiçik tibbi mütəxəssisi döyüşdə psixoloji travma alanı müəyyənləşdirir, və ona təcili psixoloji yardım göstərir, bundan sonra zərərçəkəni hərbi hissənin tibb mənətəqəsinə göndərir. Burada ona bir neçə saat ərzində həkimə qədər ilkin psixoloji kömək edilir (yuxu, isti qida, keyfiyyətli qidalanma, istirahət və minimal həddə farmakoloji preparatalar). Bundan sonra hərbi qulluqçu nomallaşmış vəziyyətdə xidmətə qayıdır. O kəslərdə ki, psixoloji vəziyyətin simptomları qalır, onlar tibbi evakuasiya məntəqəsində briqadanın arxa hissəsində saxlanılır. İki sutka ərzində onun üzərində psixoterapiya aparılır, tibbi – sanitar vasitər tətbiq olunur, onlara duş almaq, qidalanma, istirahət və s. təyin edilir. Bundan sonra psixi vəziyyəti qane edici olan hərbi qulluqçu öz hərbi hissəsinə qayıdır. Digərləri tibbi diviziya hissəsinə yerləşdirilir. Növbəti iki həftə ərzində verilmiş tədbirlərdən başqa, zərərçəkmişlərlə hərbi hazırlığın məqsədinə uyğun hazırlıqlar, hərbi qulluqçularla görüşlər və psixoterik köməklər, tədbirlər keçirilir. Psixoloji yardım göstərmək üçün tibb məntəqəsində psixiatr, psixoloq və sosioloqlar olur. Məntəqələrdə və stasionar qospitalda göstərilən psixoterik yardımın müsbət nəticəsi olmazsa, psixoloji sağlamlığın bərpası üşün dəqiqləşdirilmiş gün rejiminin və hərbi geyim formasının təyinatı mütləq şərtlərdən hesab olunur. Mütəxəssislərin hesablamalarına görə belə yardımın effektivlik qiymətləndirilməsi 45 — 75% təşkil edir. Yuxarıda göstərilən psixoloji yardım forması İkinci dünya müharibəsi dövründə, İran körfəzi zonasında və Vyetnamla döyüş zamanı tətbiq edilib, bəyənilmişdir.
Psixoloji yardımın İsrail sistemi kompleks xarakter daşıyır, və təklif edir ki, hərbi hissədə komandirlər və psixoloqlar bilavasitə döyüş zonasında psixoloji travma alan və əlamətləri daşıyan hərbçilər olmalıdır. Bu hərbi qulluqçular sonra taborun tibb məntəqəsinə göndərilir, orada onlarla bir neçə saat ərzində psixoterapevtik iş aparılır. Bundan sonra psixoloji xəstəlikdən azad olanlar hərbi hissəyə qayıdırlar. Psixoloji yardıma ehtiyacı olan hərbi qulluqçular mütləq tibbi evakuasiya məntəqəsinə göndərilirlər. Orda onlarla bir neçə gün ərzində psixoloji və tibbi yardımlar göstərilir. Bunun üçün psixoterapiya, ehtiyac olduqda tibbi sanitar vasitələrdən əsasən yuxugətirici həblərdən istifadə edilir. Sonra komandirilə, digər qulluqçularla əlaqə yaradılır. Əgər psixi travmaların aradan qaldırılması istiqamətində aparılan profilaktik və müalicə sistemi hərbiçinin neqativ psixoloji durumunu aradan qaldırmağa kömək etməzsə, onda hərbi qulluqçu iki həftəliyinə diviziyanın tibb bölməsinə yerləşdirilir. Yuxarıda göstərilən tədbirlərdən başqa, atış təlimi dərsləri və başqa hərbi təlimlərin keçirilməsi tətbiq edilə bilər. Bundan sonra əgər hərbiçidə neqativ psixoloji əlamətlər qalarsa, o müalicə üçün stasionar hərbi qospitala yerləşdirilir. Ənənəvi sxemi saxlamaqla, İsrail mütəxəssisləri bura bəzi əlavələr də edirlər. Psixoloji yardım göstərmək üçün sialhlı qüvvələrin hərbi — tibb taboruna psixiatrları idarəetmə komandası göndərilir. Taborun özü isə hərbi hissənin əsasına “diviziyaya” xidmət göstərir, və döyüş zonasından 2-5 km aralıqda yerləşdirilir. Hər bir komanda 5 mütəxəssisdən ibarət olur: 1 psixiatr, 1-2 psixoloq, 2-3 sosioloq. Qrupun iş metodu aşağıdakı qaydada təşkil olunur: psixoterapiya, yuxu, duş, çoxlu və keyfiyyətli qida. Bu metodlar əsasında psixoloji travma alan hərbiçilərin 60%-i 72 saat ərzində sağalıb, xidmətə qayıda bilirlər.
Psixoloji yardımın Rusiya sistemi 1905-ci ildən, Rus — Yapon müharibəsi illərindən tətbiq olunur. Bu metod I dünya müharibəsi və II dünya müharibəsi illərində daha da təkmilləşdirilmişdir. Bu metodun özəlliyi ondan ibarətdir ki, psixoloji yardım birinci növbədə fiziki travma və yaralanmalar zamanı qazanılmış psixi pozğunluqları olanlara tətbiq edilir. Hərbi fəaliyyətə girişdə “Qaynar nöqtələrdə” iş psixiatrlardan, psixofizioloqlardan təşkil olunmuş xüsusi psixoloji yardım (psixofozioloji) qruplarda bəyənilmişdir. Belə mütəxəssis qrupları qısa müddət ərzində yüzlərlə hərbi qulluqçuya yardım göstərmişdilər. Verilmiş yanaşmada mövcud çatışmamazlıq ondan ibarətdir ki, psixoloji yardım göstərmək prosesinə bu psixoloji yardım haqında məlumatı olmayan komandir və kiçik tibbi personallar daxil edilir. Artıq bu gün hərbiçilər psixoterapiya işinin təşkili üçün müəyyən təcrübə toplamışdır. Psixoloji yardım üçün otaqlar yaradılıb, psixoloji məsləhətləşmə mərkəzləri, reabilitasiya məntəqələri yaradılmışdır.
Hazırkı zamanda Rusiyada hərbi qulluqçuların kompleks reabilitasiyası üçün üç səviyyəli sistem formula edilib:
— hərbi hissədə psixoloqların gücü və tibb işçiləri;
— hərbi sanatoriyaların nəzdində istirahət evləri, turist mərkəzləri, veteran təşkilatları və reabilitasiya mərkəzləri;
— dövlət və qeyri dövlət bazasında regional reabilitasiya mərkəzləri.
Burda baxılan psixoloji yardım metod və formalarını təşkil edən arsenal həmçinin bu metodları həm də geniş əhatəli hərbi hissələrdə hərbi qulluqçuların maraqlarının tez bərpa olunması istiqamətində effektiv olaraq mütəxəssis kimi istifadə edə bilərlər.
Bu metodların komleks təşkili və tətbiqi həmçinin psixotravmatik səviyyənin aşağı düşməsinə gətirib çıxara bilər.
Rafael Dağlı