AVMVİB Səbail rayon şöbəsində Daşaltı şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Səbail rayon şöbəsi 26 yanvar Daşaltı faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirdərək Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda şəhid olunan şəhidlərimizin əziz xatirəsi yad etdilər. Tədbirdə Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə tədbiri açaraq 26 yanvar 1992-cı ildə keçirilmiş Daşaltı əməliyyatı haqqında ətraflı məlumat verdi. Tədbirdə iştirak edən müharibə veteranlar çıxış edərək, hər zaman Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda hazır olduqlarını bəyan etdilər. Tədbirdən sonra Daşaltı şəhidlərinin xatirəsi yad edilərək ehsan süfrəsi verildi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət, ruhları şad olsun.
AVMVİB-nin Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə