Şəhid ailələrinə növbəti yardım kampaniyası
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki «Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi» MMC-nin direktoru Fəda Əli oğlu Abbasov təşəbbüsü və Azərbaycan Vətən Müharibəsi Veteranları İctmai Birliyinin (AVMVİB) təşkilatçılığı ilə Beyləqan rayonunda yaşayan 20 şəhid ailəsi taxılla təmin edilmişdir.
Yardım kampaniyası çərçivəsində AVMVİB Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov, AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və digər fəallar iştirak etmişdir.
AVMVİB Mətbuat xidməti
Elçin Qədirov