Prezident İlham Əliyev mətbuatın problemlərin həllindəki rolundan danışdı — VİDEO
Bu gün Xaçmaz rayonunun və Yevlax şəhər İcra Hakimiyyətlərinin yeni rəhbərlərinin qəbulu zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin müxtəlif sosial problemlərinin işıqlandırılmasında Azərbaycan mediasının rolunu xüsusi qeyd edib.
Belə ki, o xüsusilə bu yaxınlarda Şamaxı rayonunda yerləşən məktəbin acınacaqlı durumu ilə bağlı ölkə telekanallarının birində efirə getmiş videodan danışıb.
Prezident İlham Əliyev məktəbin vəziyyətindən hiddətləndiyini və Şamaxıdakı zəlzələdən sonra məktəbin niyə təmir edilmədiyini başa düşmədiyini söyləyib.
Dövlət başçısı İH-nin yeni rəhbərlərinə xalqın xeyirinə xidmət etmələri və yerli sakinlərin bu kimi problemlərlə qarşılaşmamaları üçün hər şeyi etmələri haqqında göstəriş verib.