AVMVİB Nefçala rayon şöbəsində Novruz bayramına həsr olunmuş tədbir keçirildi
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbəsi Bahar bayramı ərəfəsində Neftçala Rayonu Bankə qəsəbəsində şəhid ailələri, qazilər, idarə və müəssələrin rəhbərləri ilə Novruz bayramını qeyd etmişlər.
Tədbirin açılışınıda AVMVİB-nin Nefçala rayon sədrinin müavini Rahim Mənafov Bankə qəsəbəsindəki şəhid ailələri, qazilər, idarə və müəssisə rəhbərlərini Novruz bayramı münasibəti ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin sədri Fizuli Rzaquliyevin adından təbrik etmişdir. Tədbirin rəsmi hissəsini Dövlət Himninin səslənməsi, sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı. Rahim Mənafov ilk öncə AVMVİB-nin Neftçala Rayon şöbəsinin sədri Mübariz Hüseynova söz verdi. Təşkilatın sərdi qonaqları salamalayaraq NOVRUZ BAYRAMI münasibəti ilə təbrik etdi və qonaqları AVMVİB təşkilaı ilə yaxından tanış etdi. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB ) Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, müharibə veteranlarını öz ətrafında birləşdirən ictimai təşkilat kimi 1994 -cü ildən fəaliyyət göstərir və uzun bir yol keçmişdir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, 29 illik fəaliyyəti dövründə veteranlar və şəhid ailələri arasında, istərsə də yüksək rəsmi dairələrdə böyük hörmət qazanmışdır. 44 günlük Vətən müharibəsində isə başda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev olmaqla, AVMVİB-nin rəhbərliyi, Neftçala rayon şöbəsi və diyər rayon şöbələrinin sədr və müavinləri, hərbi qulluqçularmızın yanında olaraq, onlara həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlməsinə köməklik etmişdir. Hazırda sıralarında 89 mindən çox üzvü birləşdirən AVMVİB cəbhədən geri dönmüş kontingentlə fəal iş aparır və gənclərimizin cəmiyyətə adaptasiya olunması üçün əlindən gələnləri əsirgəmir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) yarandığı gündən dövlətçiliyimizi, müdruk dövlət xadimi Heydər Əliyevin və onun davamçısı Prezident İlham Əliyevin siyasətini daim dəstəkləyən ictimai təşkilat kimi fəaliyyət göstərir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi bir aparcı təşkilat olaraq gördüyü işlər, Azarbaycanda baş verən hadisələr və dünyada baş verən hadisər barəsində Fədai. az, Veteran. az adlı rəsmi internet resurslarında o cümlədən «Veteran TV» internet televiziyasında yayımlayır. Sonra tədbirə gələn idarə və müəssisə rəhbərindən Bankə İnzibati Ərazi Dairə nümayədəliyi, Bankə Şəhid Rövşən Ağamaylıyev adına xəstaxana, Bankə S.Vurğuna adına 2 № maktəb, Bankə Bələdiyyə, Bankə Uşaq baxçası, Bankə kitabxanası, Bankə mədəniyyət klubu, Bankə yaşıllaşdırma idarəsi, «Sarıoğullar market» rəhbərliyi və digər şəxsləri TƏBRİKNAMƏ ilə təltif edildilər. Sonda xatirə şəkli çəkildi.
AVMVİB Mətbuat xidməti