27.07.2024

AVMVİB Lənkəran şöbəsi Novruz bayramı ilə bağlı tədbir keçirdi

16.03.2024-cü il tarixində Lənkəran şəhərində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Veteranlar klubunda M.Kələntərli adına şəhər klubunun və Veteranlar klubunun birgə təşkilatçılığı ilə «Novruz gəlir, Yaz gəlir» adlı konsert proqramı keçirilmişdir. Tədbirdə əvvəlcə Dövlət Himnimiz səsləndirilmiş, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edən natiqlər arasında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran şöbəsinin sədri İlham Qurbanov, Azərbaycan — Əfqanistan Veteranları İctimai Birliyinin Lənkəran şöbəsinin sədri Fəxrəddin Hüseyn, Lənkəran Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşı İlham Quliyev, şair Qulaməli Hüseynov və Xatirə Əkbərova iştirakçılarını təbrik etmişlər.

M.Kələntərli adına şəhər klubunun dərnək üzvləri Novruz Bayramının simvolu olan Kosa və Keçəl səhnəciyini canlandırdılar.Lənkəran şəhər MM-nin İrs ansanbılının üzvlərinin və Veteranlar klubunun dərnək üzvü Müqabil Kamandarın ifasında şən musiqi mahnı və rəqsləri tədbir iştirakçıları arasında xoş əhval ruhiyyə yaratdı. Tədbirimizin xüsusi qonağı el sənətkarı Əhməd Kərimov musiqi nömrəsi ilə tədbirə öz tövhəsin verdi. Sonda tədbirlərdə fəal iştirakına görə bəzi qazi və döyüş iştirakçılarına həmçinin Müğənni el sənətkarı Əhməd Kərimova Azərbaycan Vətən müharibəsi Veteranları ictimai birliyinin fəxri fərman və medalları təqdim olunmuşdur.

AVMVİB Mətbuat xidməti

JX9Xudx.md.jpg JX9Xxqu.md.jpg JX9Xz0b.md.jpg JX9XIgj.md.jpg JX9XA5Q.md.jpg JX9XReV.md.jpg JX9X5mB.md.jpg
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: