27.07.2024

Arxa cəbhə qəhrəmanları ilə görüş

Neftçala Rayon Mərkəzi Xəstəxanası 44 günlük Vətən müharibəsi zamanı arxa cəbhədə göstərdikləri şücaətə görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbəsi Tibbi İdarə Etmə Bölməsi başda olmaqla Uşaq şöbəsi, Mama-ginekologiya şöbəsi, Yoluxucu xəstəliklər şöbəsi, Təcili Tibbi Yardım şöbəsi, Terapiya şöbəsi, Təcili Tibbi Yardım bölməsi, Polikilinika şöbəsi, Ailə Sağlamlıq Mərkəzi, Dializ şöbəsi, Reanimasiya şöbəsi, Fuksianal Diaqnoztika şöbəsi, Cərrahiyyə Şöbəsi və Stamatologiya şöbəsinə toplamda 14 şöbə və bölməsinə TƏŞƏKKÜRNAMƏ təqdim etmişdir.

Qısa bir arayış. 2020-ci il 27 Sentyabrda Azərbaycan torpağının 20%-ni işğal edən təcavüzkar erməni daşnaqları, bir daha öz məkirli siyasətlərini irəli sürərək Azərbaycana yenidən hücum etdilər. Bu səfər “DƏMİR YUMRUQ” əməliyyatını hazırlayan Müzəffər Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev qismən səfərbərlik elan edərək, erməni daşnaqlarına qarşı hərəkata başladı. Tarixdə yazılmayan və hec bir yerdə analoqu olmayan bu hərəkat 44 günün icində tamamlandı və erməni daşnaqları kaputilasiya aktına imza atdılar. Hərbi ekspertlər və bilim adamları hər zaman “döyüş iki hissədən ibarətdir, birincisi öndə döyüşən əsgər, ikicisi isə arxa cəbhə ” deyirdilər. Mən bir zabit olaraq ön cəbhədə çox döyüşdüm, amma arxa cəbhənin nələr etdiyindən hec anlayışım yox idi.
2020-ci il 27 Sentyabrında hərbi əməliyyatlar başladı və həmin günü Neftçala Rayon Mərkəsi xəstəxanası boşaldılaraq HOSPİTAL vəziyyətinə gətirildi. Muharibənin ilk günlərindən başlayaraq yaralıları qəbul edən NRMX-sı gecəli — gündüzlü bütün heyyətlə calışırdılar. Bəli bir həkimin vəzifəsi xəstəyə baxmaq, onu müalicə etməkdir. Amma bu o deyildi, bu səfər xəstə carpayısında sadə bir xəstə deyil, bir QAZİNİN VƏTƏN — TORPAQ üçün canını fəda edən fidan balalar yatırdı.

Həkimlərimiz QAZİLƏRİMİZƏ həkim kimi deyil öz doğma balaları kimi baxır, onların yaralarını sarıyarkən ürəyinin yağı ərisə də, fidan balalara mənəvi dəstək verirdilər. Mən bir qazi kimi müharbiyə getmək istəsəm də xəstəliyim səbəbindən məni aparmadılar, amma hər gün NRMX-da yaralıların yanına gedib onlarla görüşürdüm. Sosial şəbəkələrdə paylaşan video çarxı hamı görüb. Əsgər maşını döyüşə gedir, yolda dayanan mülki vətəndaşlar onlara su, şirniyyat, siqaret və digər ilk lazım olan ərzaqları verirdilər.
NRMX-da da durum eyni idi, kimi evindən cücə bulyonu, kimi xaş, kimi plov, kimisə vitamin dolu meyvələr xəstəxanaya daşıyırdılar. Bunlar real olaraq mülki vətəndaşların, millətimizin qeyrətli oğulları qarşısında insanlıq borcu idi.

Bir necə gün keçdi. Artıq əsgərləri evlərinə, kimini isə hərbi hissəyə yola salma vaxtı idi. Həkim və tibb bacıları QAZİ igid balalarını yola salırdılar.
Bu bir vida səhnəsi idi:
Qara bir “VİTA” dayandı. Əsgərlər həkim və tibb bacıları ilə görüşür, sevincindən ağlayan xanımlara sarılan QAZİLƏR öz təşəkkürlərini bildirirdilər.
Bir əsgər nədənsə qəmli idi. Həkimlərdən biri dedi:
— Oğlum, sən indi hara gedəcəksən evinizəmi ?
— Yox həkim, hərbi hissəyə, mən uşaq evində böyümüşəm.
Bir anlığa dünya başıma fırlandı, hamı bir — birinə baxır, amma kimsə nəsə demirdi. Sanki söz bitmiş, dil — dodaq qurumuşdur.
NRMX-nin baş həkimi Elman doktor məsələyə müdaxilə edərək hamını şokdan ayıltdı.
— Oğlum, gəl bura sən QAZİSƏN və bu vətənin övladısan, bundan belə mən sənin atanam, inşallah əsgərliyin bitsin gəl bura burda sənin üçün hər bir şərait düzəldəcəyik deyib onu qucaqladı. İçin –için ağlayan Elman həkim gözi ilə bizlərə “özünüzü əla alın ” tapşırığını verərək QAZİMİZİ ruh yüksəkliyi ilə yola saldıq.

Hazırda NRMX-da 10-dan artıq QAZİ və bir o qədər də ŞƏHİD ailəsi şalışır. NRMX-nın bütün işçi kollektievi ŞƏHİD ailələrinə və QAZİLƏRƏ göstərdiyi diqqət və qayğı ən üst səviyyədədəir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbəsi bu tədbiri keçirməklə başda Elman həkim olmaqla NRMX-nın bütün kollektivinə göstərdikləri xidmətə görə AVMVİB- in sədri Fizuli Rzaquliyev olmaqla 90 minlik veteran təşkilatı adından öz TƏŞƏKKÜRÜMÜZÜ bildiririk.

AVMVİB-in Neftçala rayon şöbə sədri Mübariz Hüseynov

JVhz3wx.md.jpg JVhzFZQ.md.jpg JVhzB6P.md.jpg JVhz2uj.md.jpg JVhzqMB.md.jpg JVhznF1.md.jpg JVhzx8g.md.jpg JVhzocF.md.jpg JVhzI9a.md.jpg JVhzTAJ.md.jpg JVhzuwv.md.jpg JVhzAtR.md.jpg
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: