Nəsillərin görüşü: N saylı hərbi hissədə görüş keçirilib
Azərbaycan Respublikası Hərbi Prokrorluğunun təşkilatçılığı ilə cəbhə bölgəsində N saylı hərbi hissədə xidmətdə olan hərbçilərlə görüş keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müntəzəm olaraq cəbhə bölgələrinə səfərlər edərək əsgər və zabitlərlə görüşlər keçirməsi, xidmətdə fərqlənən hərbi qulluqçulara Vətənin mükafatlarını təqdim etməsi Silahlı Qüvvələrimizin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradır, onları mətin mübarizəyə ruhlandırır. Bu nüansı əsas götürən Azərbaycan Respublikası Hərbi Prokrorluğu əməkdaşlarının hərbi hissələrdə görüşlər keçirməsi artıq ənənə halını alıb. Bu görüşün təşkili daim, Baş prokurorun müavini, Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin diqqətindədir. Məhz onun təşəbbüsüylə, Azərbaycan Vətən Muharibəsi Veteranları İctimai Birliyinin üzvü olan müharibə veteranlarının hərbi hissələrdə xidmət keçən əsgər və zabitlərimizlə görüşlərdə iştirakları təmin edilib. Belə görüşlər hərbi kontingentdə böyük ruh yüksəkliyinə səbəb olmasının canlı şahidləriyik.
Növbəti görüş barədə məlumat verən AVMVİB Xocavənd rayon şöbəsi sədrinin müavini Məmməd Məmmədovun verdiyi məlumata görə, bu görüşdə AVMVİB Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov, AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, AVMVİB Beyləqan rayon şöbəsinin sədri Fuad Abbasov, müharibə veteranları və şəhid ailələri iştirak ediblər.
Tədbir zamanı Respublika Hərbi Prokurorluğunun əməkdaşları və müharibə veteranları tərəfindən Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən möhtəşəm sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş sürətli inkişaf, Ordumuzun maddi-texniki bazasının gücləndirilməsi, onun müasir silahlarla təchizatı, hərbi qulluqçuların sosial vəziyyətinin, maddi rifah halının və təminatının davamlı olaraq yaxşılaşdırılması barədə şəxsi heyət qarşısında çıxışlar edilib.
Belə görüşlərin hərbi hissələrdə keçirilməsi, hərbçilərimiz arasında ruh yüksəkliyi yaradır və özünə inam hissini artırır. Azərbaycan Vətən Muharibəsi Veteranları İctimai Birliyinin üzvü olan müharibə veteranları N saylı hərbi hissədən məmnun qaldıqlarını və belə görüşlər üçün Respublika Hərbi Prokrorluq rəhbərliyinə öz minnətdarlıqlarını çatdırırlar. Sonda görüş iştirakçıları ordumuzla daim təmasda olmağın və bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar. Veteranlar belə görüşləri təqdir edərək, nəsillərin görüşü adlandırıblar. Döyüşmüş bir nəsillə döyüşməkdə olan bir nəslin görüşü…
AVMVİB Mətbuat Xidməti