01.07.2025

Paşinyan «demokratiya»sının terrorçu sifətinin açılışı oldu

Ermənistanın üçüncü böyük şəhəri olan Vanadzorda ötən əsrin əvvəllərində İrəvanda, eləcə də Qarabağın Zəngəzur və digər ərazilərində Azərbaycan xalqına qarşı kütləvi soyqırım aksiyaları həyata keçirmiş terrorçu, tayqulaq və üzdəniraq general Andronik Ozanyana daha bir heykəl qoyulub.

Paşinyanın açılışa qatılması rəsmən bildirilməsə də, bir çox erməni saytları onun bu mərasimdə iştirakından yazıb. Ermənistan ardıcıl olaraq bəşəri cinayətlərdə əli olan qatillərə abidələr qoymaqla analoqsuz bir ölkəyə çevrilir.

Paşinyanın mərasimdə iştirakını gizlətsələr də bu abidə onun hakimiyyəti dövrünə təsadüf edir və onun hakimiyyətinin adıyla bağlıdır. Yəni, köpəkdən qurd, ermənidən də demokrat olmaz!

N.Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: