26.02.2024

İsrail və Fələstin arasında atəşkəs pozuldu

Misirin vasitəçiliyi ilə İsrail və Fələstin arasında əldə edilən atəşkəs bu gün pozulub.

Veteran.az xəbər verir ki, bu barədə «Reuters» agentliyi məlumat yayıb.

Bildirilir ki, Qəzzadan İsrailin cənubuna raket atılıb. Qısa müddət sonra Qəzzanın şimalında partlayış səsləri eşidilib və silahlıların postunun İsrail tərəfindən vurulduğu bildirilib.

Fələstin yaraqlı qrupları raketin buraxılışının “texniki səhv” olduğunu bildiriblər.  İsrail ordusu Qəzzadan atılan raketin açıq əraziyə düşdüyünü bildirib. Hər iki tərəfdən xəsarət alan olmadığı bildirilir.

Qeyd edək ki, İsrail və Fələstin mayın 13-də axşam saat 22:00-dan etibarın atəşkəs barədə razılığa gəliblər. Atəşkəs razılaşması Misirin vasitəçiliyi ilə əldə olunub. Tərəflər yaşayış binalarına və mülki şəxslərə zərbə endirməməyə söz veriblər.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: