21.11.2024

AVMVİB sədri Azərbaycan xalqını Faşizm üzərində Qələbə Günü münasibətilə təbrik etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 78-ci ildönümü münasibəti ilə müharibə veteranlarını, onların ailə üzvlərini, bu qələbədə xüsusi yeri olan Azərbaycan xalqını təbrik edib.

Təbrikdə vurğulanıb ki, Böyük Vətən Müharibəsində 700 minə qədər azərbaycanlı iştirak edib. Cəbhələrdə göstərdikləri cəsarətə görə 139 soydaşımız «Sovet İttifaqı Qəhramanı» adına layiq görülüb. 30 nəfər şərəf ordeni, 170 min əskər və zabitimiz isə SSRİnin müхtəlif orden və medalları ilə təltif olunublar. Sovet İttifaqı qəhramanları Həzi Aslanov, İsrail Məmmədov, Adil Quliyev, Ziya Bünyatov, Mehti Hüseynzadə və bir çoх başqaları öz qəhramanlıqları ilə хalqımızın şərəfli tariхini yazıblar. Xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz bilmədən fədakarlıqla çalışıb. Buna görə də 9 may — Faşizm üzərində Qələbə Günü onlarla yanaşı bütün xalqımızın bayramıdır. Bu bayram faşizmin bütün təzahürlərinə qarşı iradə nümayişidir.

Azərbaycan veteranlarının İkinci dünya müharibəsində göstərdikləri qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir. Bu gün həmin müharibənin iştirakçısı olan insanlara göstərilən böyük diqqət və qayğı isə Prezident İlham Əliyevin mənəvi dəyərlərimizə bağlılığının, öz xalqının qəhrəmanlıq salnaməsinə dərin ehtiramının və ulu öndərin ideyalarını yaşatmasının bariz təcəssümüdür.

AVMVİB sədri xüsusilə vurğulamışdır ki, ölkəmiz tarixi qələbəyə mühüm töhfələr verib və bu, hər bir azərbaycanlıya daim qürur və fərəh hissi yaşadıb. Ümumiyyətlə xeyirin şər üzərində qələbəsi hər zaman təntənə ilə qeyd olunmalıdır ki, bu faciə bir daha təkrarlanmasın. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müasir hərb tariximizdə ikinci böyük Zəfərini də qazanmışdır. Bizim işimiz hər zaman haqq işi olmuşdur və sonda ədalət qalib gəlmişdir, istər alman faşizmi olsun, istər erməni faşizmi. Şanlı ordumuz və bu ordunun arxa cəbhəsi hesab olunan çoxminlik veteranlarımız daim Ali Baş Komandanın rəhbərliyi altında faşizmin baş qaldırmaması üçün Sülhün keşiyində dayanacaqdır!

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: