27.07.2024

AVMVİB Tərtər rayon şöbəsinə yeni üzvlər qəbul edilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Tərtər rayonu şöbəsinə yeni üzvlər qəbul olunub. Müharibə Veteranları, Abbasov Teyyub, Qurbanov Uğur, Əliyev Sərxan üzv olublar və üzvlük vəsiqəsi təqdim olunub. Eyni zamanda, 44 Günlük Vətən Müharibəsi dövründə arxa cəbhədə könüllü olaraq yardım göstərən, şəhidlərimizin nəşinin yuyulmasında, kəfənlənməsində iştirak edən Məmmədov Xəqani Əli oğlu AVMViB Tərtər şöbəsi tərəfindən Fəxri Fərman ilə təltif olunub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: