21.11.2024

Siyavuş Novruzov: Azərbaycanda sabitliyi pozmağa cəhd edənlər erməni lobbisi ilə bağlıdır

Milli Məclisin bu gün keçirilən iclasında Milli Şuranın oktyabrın 19-da Bakı metrosunun “28 May” stansiyasının önündə keçirilən qanunsuz aksiyadan danışılıb.

Veteran.az-ın xəbərinə görə, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, radikal müxalifət qanunları pozub.

O bildirib ki, mitinq iştirakçıları polislə qarşıdurma yaratmağa cəhd edib.

“Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılmalıdır. Hər kəs, millət vəkilləri də buna öz münasibətini bildirməlidir”, — deyə S.Novruzov əlavə edib.

O qeyd edib ki, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd edənlər erməni lobbisi ilə bağlıdır. Deputat dindarlara da çağırış edib:

“Qibləsini tanımayan müşriklərdən alət kimi istifadə edilir. Bunu ağaları qarşısında etiraf edirlər. O mitinqə dindarlar da gəlmişdi. Mən üzümü dindarlara tutub soruşuram: Sizin fəaliyyətiniz nədən ibarətdir? Azərbaycanda məscidlər tikilir, mədrəsələr təmin olunur, xalqın istifadəsinə verilir.

İndi 1990-cı illər deyil. Azərbaycan rəhbərliyi qətiyyətli siyasət həyata keçirərək ölkənin maraqlarını beynəlxalq təşkilatlarda, ayrı-ayrı dövlətlərdə, beynəlxalq tribunalarda yüksək səviyyədə təmsil edir”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: