15.10.2024

Əlilliyə görə pensiya yeni qaydalarla ödəniləcək

Əlilliyə görə pensiyanın ödənilməsi ilə bağlı yeni layihə hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub.

Bunu bu gün Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov «Sosial saat»da deyib.

O qeyd edib ki, layihəyə əsasən həmin şəxslərə təyin olunan pensiyanın məbləğinin əmək qabiliyyətinin itirilmə faizinə uyğun ödənilməsi mexanizmi müəyyən ediləcək.

«Əlilliyin müəyyən edilməsi meyarlarında da dəyişiklik edilib. Artıq əlillik dərəcələrlə deyil əmək qabiliyətinin itirilmə faizi ilə müəyyən ediləcək», — deyə o əlavə edib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: