22.11.2024

Göygöldə yürüş keçirilib

Göygöl rayonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə «Müstəqilliyimiz əbədidir» şüarı altında yürüş keçirilib.


Gğygöl rayon İcra Hakimiyyətinin və gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən yürüşdə rayon əhalisi yaxından iştirak edib.
Yürüşdə əllərində Azərbaycan Respublikasının Dövlət Bayraqları tutmuş gənclər «Müstəqilliyimiz əbədidir», «Qarabağ Azərbaycandır!» şüarları səsləndiriblər. Yürüşdə AVMVİB Göygöl rayon şöbəsinin üzvləri də iştirak ediblər. Bu barədə məlumat varən AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov və sədr müavini Araz Abbasov, belə aksiyaların gənclərin hərbi-vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynadığını qeyd ediblər.


Aksiya gənclərin hazırladığı fləşmobla başa çatıb.

Veteran.az

Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: