«Gəlin S-400-ləri Azərbaycana verək» — General Ərdoğan Karakuş
«Gəlin S-400-ləri Azərbaycana verək».
Bunu Hava Logistika Pilotu General-leytenant Dr. Ərdoğan Karakuş deyib. O, ABŞ-ın «S-400-ləri Ukraynaya verin» təklifini şərh edərək onları Azərbaycana verməyi təklif edib.
«Gəlin S-400-ləri Ukraynaya deyil, Azərbaycana verək. Azərbaycan həm Rusiya ilə müttəfiqdir, həm də daha da güclü olar. Azərbaycan bizə qaz satacaq, pulunu S-400-lə ödəmiş olarıq. Həm Azərbaycan qüvvətli olur, həm də Amerika ilə aramızı pozmuş S-400-dən qurtarmış oluruq», – deyə Karakuş bildirib.Atase prezidenti vəzifəsinə təyin edilən Dr. hazırda Baş Qərargahın Hərbi Tarix və Strateji Araşdırmalar İdarəsinin rəisidir.
Mənbə: Kanal.az