08.09.2024

Mehriban Əliyeva qızları ilə Lahıcda — FOTOLAR

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva qızları Leyla Əliyeva və Arzu Əliyeva ilə birlikdə İsmayıllı rayonuna gedib.

Veteran.az xəbər verir ki, birinci vitse-prezident Lahıc qəsəbəsini gəzərək, sakinlərlə söhbət edib, fotolar çəkdirib.

Fotoları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Instagram” səhifəsində yayımlayıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da sosial şəbəkədə Lahıc qəsəbəsi ilə bağlı paylaşım edib.

Veteran.az-ın məlumatına görə, paylaşımda qeyd edilir:

«Qədim Lahıc – sənətkarlar, bacarıqlı, istedadlı, qonaqpərvər, gözəl insanlar şəhəri! Bu bərəkətli diyara hər gəlişim mənə unudulmaz təəssüratlar bağışlayır! Lahıcın bütün sakinlərinə səmimi mehribanlığa və qonaqpərvərliyə görə təşəkkür edirəm!»

Veteran.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: