Litva Seymi Rusiyanı terrorçu ölkə kimi tanıyıb

Xarici İşlər Nazirliyi Litva Seyminin Rusiyanı terrorçu ölkə kimi tanımasına münasibət bildirib.
RİA Novosti xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Litva Seyminin Rusiyanı “terrorçuluğu dəstəkləyən və həyata keçirən dövlət” kimi tanımasını təxribat və ekstremizm adlandırıb.
“Belə… sənədlər, bəyannamələr, bəyanatlar qəbul edən ölkələrdə bu cür, ümumiyyətlə, ekstremist addımlar atırlar, onları başqa cür adlandırmaq olmaz… Bu ölkələrin hamısı NATO üzvüdür. Son onilliklər ərzində biz dəfələrlə NATO-nun böyük insan tələfatına səbəb olan qeyri-qanuni, təcavüzkar hərəkətlərinin şahidi olmuşuq”, — Zaxarova Sputnik radiosunda belə deyib.
«Bu, təxribat, ekstremizm və siyasi ikiüzlülük elementi kimi qəbul edilməlidir», — deyə Zaxarova vurğulayıb.
Diplomat əlavə edib ki, “bunun Ukraynadakı son dərəcə çətin vəziyyəti həll etmək istəyi ilə heç bir əlaqəsi yoxdur”.