09.05.2025

Ukraynada təltif olunan döyüşçülər arasında azərbaycanlılar da var

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə ölkəsində gedən müharibədə fərqlənən bir sıra hərbçiləri təltif edib. Onların arasında azərbaycanlılar da var.


Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.
Ukrayna Ali Baş Komandanının sərəncamına əsasən, Raqif Vaqif oğlu Əliyev və Məcid Marlen oğlu Abdulqafarov Ukraynanın «İgidliyə görə» ordeni ilə təltif olunub. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur.


Xatırladaq ki, Ukrayna vətəndaşları olan R.Əliyev əslən Azərbaycanın Samux, M.Abdulqafarov isə Quba rayonundandır. Onlar Donbas istiqamətində xidmət edirlər, R.Əliyev hazırda yaralıdır.

Mənbə: Report

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: