22.10.2025

Türkiyə daha “Patriot” almaq istəmir

“Türkiyə ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksini əldə etmək imkanlarını nəzərdən keçirməyi dayandırıb”.

Veteran.az “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayesi idarəsinin başçısı İsmayı Dəmir bildirib.

“Hazırda “Patriot” zenit-raket kompleksi üzrə məsələ müzakirə olunmur. Bu səhifə müdafiə sənayesi kompleksimizin baxışından bizim üçün bağlanıb”, – deyə o qeyd edib.

İsmayıl Dəmir vurğulayıb ki, “S-400” kompleksi ilə bağlı müqavilənin icrasında Ankara ilə Moskva arasında heç bir problem yoxdur.

Qeyd edək ki, 2017-ci ildə Rusiya ilə Türkiyə arasında bu istiqamətdə müqavilə imzalanıb. Rəsmi Ankaranın bu addımına ABŞ və NATO üzvü olan bəzi dövlətlər tərəfindən kəskin reaksiya verilib. 2020-ci ilin dekabrında isə ABŞ Türkiyəyə sanksiya tətbiq edib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: