Ukrayna Rusiyanın vurduğu zərərin həcmini açıqladı
Müharibənin 15 günü ərzində Ukrayna Rusiyanın hücumundan ən azı 100 milyard dollar həcmində zərər çəkib.
Bu barədə Ukrayna Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko bildirib.
O bildirib ki, hərbi təcavüz nəticəsində infrastruktur, binalar, digər maddi dəyərlər məhv edilib, həmçinin Ukraynada müxtəlif təyinatlı müəssisələrin 50 faizi işini dayandırıb.