27.07.2024

Ali məktəblərin tələbələri üçün Prezident təqaüdü ARTIRILDI

Azərbaycanda ali məktəblərin tələbələri üçün Prezident təqaüdünün məbləği artırılıb.

Prezident İlham Əliyev fevralın 14-də imzaladığı “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” fərmana dəyişiklik edilib.

Fərmanla ali məktəblərin tələbələri üçün Prezident təqaüdünün məbləği 210 manatdan 250 manata çatdırılıb.

Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: