İlon Maskın anası Mey Mask özünün «İnstagram» səhifəsində kitabının Azərbaycanda nəşri ilə bağlı yazı paylaşıb

Amerikalı sahibkar, mühəndis və milyarder İlon Maskın anası Mey Mask özünün «İnstagram» səhifəsində «Planla yaşayan qadın» kitabının Azərbaycanda nəşri ilə bağlı yazı paylaşıb.
O, öz səhifəsində yazıb: “Mən çox şadam ki, mənim kitabım artıq Azərbaycanda nəşr olunub”.
O, Azərbaycan dilində nəşr olunan kitabın üz qabığının şəklini də yerləşdirib.
71 yaşlı Mey Mask Kanada-Cənubi Afrika əsilli supermodeldir. Üç uşaq anasıdır: İlon Mask adlı oğlu, Kimbal Mask və Toska Mask qızları var. 50 il model kimi çalışdı, məşhur jurnalların, o cümlədən Time jurnallarının üz qabığında fotosu yayınlanıb.